YAP nümayəndələri şəhid ailələrini ziyarət ediblər - FOTOLAR

YAP nümayəndələri şəhid ailələrini ziyarət ediblər - FOTOLAR

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakinləri olan - “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunam Vətən Müharibəsi şəhidi çavuş (MAHHXHQ) Süleymanov Rauf Allahverdi oğlunun və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunan Vətən Müharibəsi şəhidi kapitan İsmayılov Elçin Mübariz oğlunun ailələrini şəhidlərimizin doğum günləri ilə əlaqədar ziyarət edib, ailələrin qayğıları ilə maraqlanıblar.

Hər iki ailədə görüş zamanı təşkilat sədri Vüqar Seyidov vurğulamışdır ki, şəhidlərimiz Vətən Müharibəsində öz həyatlarını torpaqlarımızın azad olunması uğrunda qurban vermiş qəhrəmanlardır. O bildirib ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunə təşkil edir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidlərimizin əziz xatirəsini bir daha yad edərək təşkilat adından "Anım löhvhəsi"ni və üzərində Vətən Müharibəsinin simvoluna çevrilmiş “Xarı bülbül” təsvirinin içərisində şəhidimizin şəkili toxunmuş xalçan şəhid ailələrinə təqdim edib.

Göstərilən diqqət və qayğıya görə hər iki şəhidin ailə üzvləri YAP Suraxanı rayon təşkilatına öz dərin minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə