Şəhid övladlarının hüquqları ilə bağlı dövlət qurumu yaradılmaldır? - DEPUTAT AYDINLIQ GƏTİRDİ
“Şəhid ailələrinin hüquqlarının müdafiəsi bütün dövlət qurumları tərəfindən qorunur və qorunmalıdır. Bunların qanunla təstiq edilən və eyni zamanda onlar qarşısında dövlətlə cəmiyyətin həmişə olacaq borcunun verilməsi üçün bütün addımlar atılır. Həmçinin, məsələlərlə məşğul olacaq bir qurumun yaradılacağı çox müsbət haldır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, məsələn hansısa nazirlikdə xüsusi bir sturuktur yaradılsa, bu sturuktur məsələnin koordinasiyası ilə məşğul ola bilər: “Yəni, şəhid ailələrinin mənzillə təminatı, övladlarının təhsil haqqının ödənilməsi, müalicəsi və yaxud da ortaya çıxacaq hər hansı bir hüquqi məsələləri bir nazirliyin həll etməsi qeyri-mümkündür. Ancaq bu sturuktur o məsələləri koordinasiya edə və yaxud da müvafiq təşkilatlar qarşısında qaldıra bilər”.
Deputat sözlərinə belə davam edib: “Eyni zamanda şəhid ailələri, onların hüquqları və s. məsələlərin gedişatı ilə bağlı məlumat verilə bilər. Ümumən, belə bir qurumun yaradılması perspektivi çox müsbət vəziyyətdir. Şübhəsiz ki, hüquqi tərəfi və detalları, məsələnin texniki həlli ciddi sürətdə işlənməlidir. Prinsip etibarı ilə şəhid ailəsinin ancaq bir ünvan tanıması düzgün seçimdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB