Bu gün səhər saatlarında Bakı Metropoliteninin "Şah İsmayıl Xətai" stansiyasında eskalatorların birində nasazlıq yaranıb. Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov SİA-ya açıqlamasında yaranmış məsələ ilə bağlı bunları deyib: “Eskalatorda hər hansı bir texniki problem olmayıb. Sadəcə olaraq ehtiyyatsızlıqdan və yaxud da hər hansı bir səbəbdən sərnişin “təhlükəsizlik” düyməsini sıxıb. Belə olan təqdirdə təbii ki, Bakı Metropoliteninin müvafiq mütəxəssisləri dərhal araşdırma aparır”.
Onun sözlərinə görə, belə hallar dərhal sərnişinlə əlaqələndirilmir: “İlk növbədə texniki parametrlərə baxılır. Orada da eskalatorlar avtomatlaşdırılmış qaydadadır. Hər hansı bir texniki nasazlıq və ya digər məsələlər olanda avtomatik bunlar bilinir. Araşdırmadan sonra da məlum olub ki, hər hansı bir texniki nasazlıq yoxdur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB