Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri beynəlxalq foruma dəvət alıblar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri beynəlxalq foruma dəvət alıblar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) nümayəndələri Dünya Bankının təşkil etdiyi "Aşağı gəlirli ölkələrdə dayanıqlı sosial təminat proqramlarının hazırlanması" mövzusunda keçiriləcək beynəlxalq foruma məruzəçi qismində dəvət olunublar.


ƏƏCMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, forum mayın 30-dan iyunun 3-dək Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçiriləcək. Forumun əsas məqsədi qabaqcıl ölkələrin təcrübələrinin paylaşılması və digər ölkələrdən həmkar nümayəndələrlə məlumat mübadiləsinin həyata keçirilməsidir.


"Ünvanlı sosial yardım - Azərbaycanda sosial təhlükəsizlik şəbəkəsinin inkişaf etdirilməsində səmərəli alət" mövzusunda məruzə ilə çıxış edəcək Azərbaycan nümayəndə heyəti respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar, yoxsulluğun azaldılması istiqamətində atılan addımlar, əldə edilmiş nəticələr, ünvanlı sosial yardım proqramı və gələcəkdə tətbiq edilməsi nəzərdə tutulan digər aktiv sosial proqramlar haqqında məlumat verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com