Ev heyvanları uşaqlara bu cür - TƏSİR EDİR

Ev heyvanları uşaqlara bu cür - TƏSİR EDİR

Həyatlarının ilk illərində heyvanlarla tanış olan, onlarla eyni evdə böyüyən və onlara qulluq edən uşaqlar bir çox fərqli müsbət keyfiyyətlər qazanırlar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, daha şəfqətli, mərhəmətli, hörmətli və canlıları sevən olaraq böyüyürlər.

Evdə ev heyvanının qayğısına uşağın daxil edilməsi onun məsuliyyət hissini artırır. Əlbətdə ki, uşağa verilən tapşırıqlar yaşa uyğun olmalı və müdaxilə etmədən yerinə yetirilməsinə icazə verilməlidir. Beləliklə, uşaq özünü daha bacarıqlı hiss edir və bu özünə inamın inkişafına kömək edir. Uşaq bu vəzifələri öz üzərinə götürməyə başlayanda tədricən öz muxtariyyətini qazanmağa başlayır. Öz qərarlarını verməkdə özünə daha çox güvənir və qərarlarına görə məsuliyyət daşıyırlar.

Ev heyvanları empatiya duyğusunu dəstəkləyir

Evdə ev heyvanının olması uşağın empatiya inkişafı prosesinə əhəmiyyətli töhfə verir. Uşaq heyvanın ehtiyaclarını anladıqda və bu ehtiyacları ödəməyə çalışdıqda, empatiya etməyi öyrənir və insanlarla münasibətlərində tətbiq edir. Bundan əlavə, uşağın heyvanlara qarşı empatiya hissini inkişaf etdirməsi, gələcəkdə daha köməkçi və həssas bir şəxsiyyət olmasına imkan verir.

Ailə münasibətləri ev heyvanları vasitəsi ilə yaxşılaşır

Ev heyvanına qulluq edərkən ailənizə sərf etdiyiniz vaxt da artır. Bu şəkildə övladınızla ünsiyyətinizi artıracaqsınız. Heyvanlar həm də qardaş münasibətlərini müsbət təsir göstərir. Bu şəkildə vəzifələri paylaşmağı və əməkdaşlıq etməyi öyrənirlər. Bundan əlavə, ortaq maraqları var. Əlbətdə ki, ən vacib məqam yalnız uşağın inkişafı üçün heyvanlardan istifadə etmək deyil. Hədəfimiz, ev heyvanınız varsa və ya olacaqsa, uşağınızın inkişafına töhfə verməkdir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə