Paytaxt sakinləri poçt xidmətlərindən razıdırmı? - SORĞU

Paytaxt sakinləri poçt xidmətlərindən razıdırmı? - SORĞU

Bu gün Azərbaycanda poçt rabitəsinin yaradılmasından 203 il ötür. Xatırladaq ki,1818-ci ilin iyun ayının 1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılıb. 1826-cı ildə Bakıda, 1828-ci il martın 12-də isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib. Bəs gəlin görək paytaxt sakinləri ölkəmizdə fəaliyyət gəstərən poçt xidmətlərinin fəaliyyətindən razıdırlarmı? SİA olaraq məsələ ilə bağlı şəhərdə sorğu keçirdik və onların fikirlərini də sizlərlə bölüşürük:

Şəhər sakini Yusif Rəcəbəliyev: “ Poçtdan pul almaq üçün istifadə etmişəm. Pulu götürən zaman 1 və ya 2 faiz pul tuturlar bu isə narahatlıq yaratmır normaldır. Xarici ölkədən paltar sifariş etmişəm. Reklamdan sifariş etdiyimiz poçt xidmətindən isə razı deyilik. Çünki baha qiymətə gətirirlər”.

Şəhər sakini Ülkər İbrahimova: “Balaca qızım poçtdan istifadə edib o, Şaxta babaya məktub yazıb və biz onun məktubunu gizlin oxuyub istədiyini almışıq. Həyat yoldaşım poçdan daha çox istifadə edir, elektrik mallar və telefon sifariş edib. Qiymətlərindən isə razıyıq”

Şəhər sakini Anar Aslanov: “Mən əsgərlikdə olduğum zaman valideyinlərim mənə geyim pul və s. göndərib. Qiymətlərdən razıyam. Və göndərilən sifariş zamanında gəlib çatıb”.

Şəhər sakini Kənan Xəlilov: “Bəli poçtdan istifadə edirəm. Xaricdən geyim və texnika sifariş etmişəm. Xidmətlərdən razıyam. Xarici geyim firmalarının qiymətləri fərqli olsa da bu məni qane edir”.

Şəhər sakini Yunis Israfilov: “Poçt vasitəsi ilə paltar sifariş etmişəm qiymətlərdən razıyam. İndi daha çox telefondan istifadə etdiyim üçün poçtdan az istifadə etməyə başlamışam”.

Şəhər sakini İradə Kazımova: “Hal-hazırda poçtdan istifadə etmirəm amma SSRİ zamanında çox istifadə etmişəm. Hərbi xidmətdə olan qohumlarımıza məktub, yemək və geyim göndərmişik. Oxuduğumuz illərdə evlə məktub vasitəsi ilə əlaqə saxlamışıq. Qiymətlər normal idi. Hazırki qiymətlərlə belə razıyıq ki, pul inflyasiyaya uğrayır məsələn, əvvəlki 1 manat hazırki 10 manatdan daha qiymətli idi”.

Şəhər sakini Məhsəti Aslanova: “Xarici geyim səhifələrindən poçt vasitəsilə geyim sifariş etmişəm, lakin gec gəlib və razı qalmamışam. Qiymətləri isə standartdır. 1 kq 250 qr olan geyimin pulunu bizdən 2 kq paltarın qiymətində alıblar və buna görə bizə bu baxımdan sərf eləmir”.

Şəhər sakini Xatun Kərimova: “Bəli poçtdan əşya göndərmək üçün istifadə etmişəm. Qiymətlərdən razıyam mənim fikrimcə münasibdir. 1.55 qəpik bölgədən Bakıya gələn əşya üçün rüsum tutulub. Gedib uzaq yerdən almaqdansa poçtla sifariş etmək daha yaxşıdır”.

Şəhər sakini Rafael Rəhimov: “Bəli poçtdan istifadə etmişəm dəfələrlə elə insan yoxdur ki, poçtdan istifadə etməsin. İnternet və texnologia yarandıqdan sonra poçtun istifadəsi zəifləyib artıq poçtdan gec-gec istifadə edirik. SSRİ-nin zamanında məktubun heç bir qiyməti yox idi marka 4 qəpik idi”.

Lətifə Abdıyeva

Ziya Yaqubzadə

Bütün xəbərlər Facebook səhifəmizdə