“Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara səfəri o torpaqların azad oldunduğu gün, tarix qədər coşğulu, qürurverici hadisə olmaqla yanaşı, həm də dünyaya Azərbaycan xalqının bir daha əzmini və Vətən sevgisini sübut edən bir hadisə və mesajdır. Cənab Prezident İlham Əliyevin Ağdama bu dəfəki səfərinin mənayükümü isə daha dərin, daha anlamlı idi. Belə ki, ölkə başçımızın özünün də ifadə etdiyi kimi bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi, lakin məhz Respublika Gününü Ağdam şəhərində qeyd etmək Azərbaycan xalqının və liderinin dövlətçilik tarixinə göstərdiyi hörmət, onun nə qədər dərin köklərə və milli kimliyə bağlı olduğunun ən bariz nümunəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Ekspertin sözlərinə görə, 1918-ci ildə Şərqdə ilk Demokratik Respublika quran xalq 2020-ci ildə XXI əsrin müharibə tarixində misli görünməmiş Zəfər əldə etdi: “Ağdam səfəri adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran və ən əsası mənsub olduğu xalqın dərin, səmimi, əvəzsiz və bir o qədər də sonsuz sevgisini, hörmətini və rəğbətini qazanan Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən qürurlu, parlaq, həm də xalqımızın ən gözəl adət-ənənələrindən biri olan ağsaqqallara, ictimai xadimlərə, sənətkarlara ehtiramının əyani sübutu idi. Səfərin ana xətti Ağdam şəhərinin Baş Planını, təməl qoyma mərasimini məhz ağdamlılarla təsdiq etmək idisə, onların xeyir-duası və qəlblərində kök salan ən dərin, bəlkə də ən əlçatmaz arzusunu real edən cənab Prezident İlham Əliyevin güclü bir sərkərdə kimi tarixi missiyasının təsdiqi, həm də onun insan kimi ən nəcib hisslərinin, xalqına olan sevgisinin təmiz və şəffaf aynası idi”.
Politoloq bildirib ki, Şərqdə ilk Demokratik Respublikanı quran xalq səriştəsiz idarəçilik səbəbi ilə torpaq itkisinə məruz qalmışdısa, bu gün o xalq cənab Prezident İlham Əliyevin rəhbərliyi, əzmi, dərrakəsi, təmkini sayəsində müstəqil siyasət yürüdən və düşmən tapdağından ləyaqəti ilə torpaq azad edən bir dövlətdir: “Bu hadisə həm də ölkə başçımızın hər verdiyi vədin arxasında necə dimdik, əmin durduğunun bariz nümunəsidir. Çünki Müzəffər Ali Baş Komandanın özünün də ifadə etdiyi kimi Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşlər əsnasında deyirdi ki, torpaqlarımız, Ağdam şəhəri və bütün rayon azad olunandan sonra daha da gözəl şərait yaradılacaq. Bəli, həmin gün xalqının milli maraqlarını atdığı hər addımda əsas prioritet kimi müəyyənləşdirən bir ölkə başçısının sözünün təsdiqidir”.
Ş.Həsənova vurğulayıb ki, Azərbaycan xalqı, ağdamlılar Ağdama əbədi olaraq qayıdıblar: “Bundan sonra da həmin xalqın sonsuz dəstəyi ilə sonsuz güvəndiyimiz ölkə başçımız elə bir Ağdam, elə bir Qarabağ quracaq ki, bu bütün dünyaya örnək, eyni zamanda dünyanın müxtəlif yerlərində yaşayan və torpaq həsrəti ilə yanan xalqların mübarizə əzminə bir stimul olacaq. Çünki bu gün Azərbaycan xalqının lideri bəlkə də bir insanın həyatda etməli olduğu ən Ali missiyanı icra edib, tarixi ədaləti bərpa edib. Azərbaycan xalqı istər müharibə dövündə, istərsə də ondan sonra atdığı bütüb addımları ləyaqətlə atıb, mülki insanlara əl qaldırmayıb. Torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir, cənab Prezident İlham Əliyev bu ümummilli məsələnin öndə gedən bayraqdarı, Respublika gününün isə məhz Ağdamda qeyd olunması bu məsələnin ən yeni təsdiq tarixidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB