Metroda gediş haqqı artır? - QURUM RƏSMİSİ AÇIQLADI

Metroda gediş haqqı artır? - QURUM RƏSMİSİ AÇIQLADI

“Qiymətlərin tənzimlənməsi Azərbaycan Respublikası Tarif Şurasının səlahiyyətlərinə aid olan məsələdir. Bakı Metropoliteni qiymət tənzimləmir və bu səlahiyyətə malik deyil. Bu səbəbdən Tarif Şurası müvafiq qərar verənə qədər söz-söhbətlərə inanmamaq lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, Bakı Metropoliteni mütləq şəkildə məsələyə baxılması üçün Tarif Şurasına müraciət etməlidir: “Lakin, hal-hazırda Bakı Metropoliteni Tarif Şurasına müraciət etməyib. Çünki, bizim əsas vəzifəmiz sərnişindaşıma fəaliyyətinə hazır olmaqdır. Artıq 2 gündür ki, Bakı Metropoliteni yalnız və yalnız sərnişindaşıma ilə bağlı mövcud durumda, yəni xüsusi karantin rejimi müddətində müvafiq tələblər səviyyəsində sərnişindaşıma həyata keçirir”.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakı metrosunda gediş haqqının bahalaşacağı barədə məlumatlar yayılmışdı. İddia olunurdu ki, hətta qiymət artımı 1 manata çata bilər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə