"Valideynlərin uşaqlarına olan biganəliyi nəticəsində..." - SƏDR NARAZILIĞINI BİLDİRDİ

"Valideynlərin uşaqlarına olan biganəliyi nəticəsində..." - SƏDR NARAZILIĞINI BİLDİRDİ

"Azərbaycan Uşaq Hüquqları Konvensiyasına qoşulub". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

Onun sözlərinə görə, hal-hazırda onun prinsiplərinə əsaslanaraq uşaq hüquqları müdafiə olunur: "Uşaqların qəyyumluğa verilməsi, övladlıq verilməsi ilə bağlı bu gün bir sıra çətinliklərlə qarşılaşırıq. İcra hakimiyyətləri yanında qəyyumluq komissiyaları, uşaqların yetkinlik yaşlarına çatmayanlarla iş üzrə komissiyasının uşaq hüquqlarının müdafiəsində çox fəal rol oynaması olduğu halda bu gün həmin komissiyalarda iş qənaətbəxş hesab olunmur. Çünki onların ştatları buna imkan vermir, imkanları çox məhduddur. Ümumilikdə Azərbaycanda uşaq hüquqlarının müdafiəsini qənaətbəxş hesab eləmək olar".

Kəmalə Ağazadə həmçinin qeyd edib ki, uşaqların bu gün valideynləri tərəfindən diqqətdən kənarda qalması halları ilə də tez-tez rastlaşırıq: "Valideynlərin uşaqlarına olan biganəliyi nəticəsində məişət zorakılığı halları insan alveri halları ilə rastlaşırıq. Sadəcə cəmiyyət arasında yetəri qədər maariflənmə işinin aparılmasına hər zaman ehtiyac var. İstər ailə, istər təhsil, istər cəmiyyət arasında birlik olmalıdır. Uşaq hüquqlarının qorunması müdafiə olunması məsələsində qanunlarla yanaşı dövlət proqramları var. Profilaktik tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin həyata keçirdiyi strategiya, sosial xidmət agentliyinin həyata keçirdiyi sosial sifarişlər bu gün olduqca önəmlidir. Bu gün dilənçilik faktları çoxdur. Səfil həyat yaşayan uşaqlar da var. Baxımsız şəraitdə müxtəlif səbəblərdən analarının, atalarının zərərli vərdişləri olan uşaqların müdafiəsi bu gün təkcə vətəndaş cəmiyyətinin deyil, eyni zamanda aidiyyəti dövlət qurumlarının da üzərinə düşür".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə