Türk ergoterapiya şöbəsinin müdiri həkim Hülya Kayıhan fiziki hərəkətsizliyin bütün dünyada geniş yayıldığını bildirib. SİA-nın xarici məlumata istinadən verdiyi məlumaat görə, həkim fiziki hərəkətsizliyin insan orqanizmi üçün bir çox mənfi nəticəsi olduğunu deyib.
Onun sözlərinə görə, hərəkətsiz həyatın diabet və hipertoniya kimi bir çox xəstəliyə səbəb olur: “Fiziki hərəkətsizlik sinə və kolon xərçənginin təxminən yüzdə 21-25, diabetin yüzdə 27 və ürək iskemik xəstəliyinin yüzdə 30-unun əsas səbəbidir”.
Həkim, fiziki hərəkətsizliyin qarşısını almaq üçün aktiv həyatın qəbul edilməli olduğunu vurğulayıb: “Aktiv həyat bir çox xəstəliyin qarşısının alınmasında mühüm rol oynayır. Fiziki fəaliyyət insanın fiziki, zehni, intellektual, sosial və ekoloji rifahının yaxşılaşdırılması və qorunmasında təsirli olur. Həmçinin, ürək xəstəlikləri, piylənmə, yüksək qan təzyiqi, diabet, osteoporozun qarşısının alınmasında ən təsirli və ən ucuz dərmandır”.
“Fiziki fəaliyyət insanı daha enerjili, daha canlı, aktiv və dinc hiss etdirir. Hərəkət məhdudiyyəti olan insanlar üçün sağlamlığı qoruyur və yaxşılaşdırır. Hərəkətsizlikdən qaynaqlanan xəstəliklərin meydana gəlməsinin qarşısını alır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB