Vətən Müharibəsi iştirakçılarının uşaqlarına - BU GÜZƏŞT EDİLDİ

Vətən Müharibəsi iştirakçılarının uşaqlarına - BU GÜZƏŞT EDİLDİ

Vətən Müharibəsi iştirakçılarının uşaqları məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə qəbul ediləсək. SİA-nın məlumatına görə, dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə qəbul edilən uşaqların əhatə dairəsi genişləndirilir.

Bu barədə “Məktəbəqədər təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, dövlət məktəbəqədər təhsil müəssisəsinə, ilk növbədə, şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və bununla əlaqədar əlilliyi olan şəxslərin, tək işləyən valideynlərin, I və II dərəcə əlilliyi olan şəxslərin, hərbi xidmətdə olan valideynlərin, təhsilalan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə