“Uşaqların Göy Qurşağı: HİV/AİDS maarifləndirməsi Paytaxtdan Regionlara”- FOTOSESSİYA
"NUR" Uşaq və Gənclərin İctimai Birliyi, MTV Staying Alive Fondu və Azərbaycan Gənclərinin AİDS-lə Mübarizə Koalisiyası tərəfindən həyata keçirilən "Uşaqların Göy Qurşağı: HİV/AİDS Maarifləndirməsi paytaxtdan regionlara" adlı Həmyaşıddan-həmyaşıda Təhsil layihəsi çərçivəsində keçirilən Paytaxtdan Regionlara avtobus turu başa çatıb. SİA xəbər verir ki, "NUR" UGİB-in sədr müavini, Fidan Kərimlinin məlumatına görə avtobus turunun təşkilində başlıca məqsəd gənclərə sağlam həyat tərzini aşılamaq və HİV/AİDS barədə məlumatlılıq səviyyəsini artırmaqdır.
Avtobus turunda 20 nəfər gənc 10 Azərbaycan regionuna səfər edərək öz həmyaşıdlarını sağlam həyat tərzi sürməyə çağırıblar. Avtobus turu Bakı-Şamaxı-İsmayılı-Qəbələ-Oğuz-Şəki-Gəncə-Yevlax-Ağdaş-Ucar-Kürdəmir-Bakı marşrutu ilə hərəkət edib və hər bir regionda 14-20 yaşlı gənclərlə görüş keçirib. Avtobus turu çərçivəsində Şamaxı rayon 9 saylı orta məktəb, İsmayıllı rayon 3 saylı orta məktəb, Qəbələ rayonunda Qafqaz Resort hotelin konfrans zalı, Oğuz rayon 3 saylı orta məktəb və Şəki şəhər Axundov adına Mədəniyyət Mərkəzi, Gəncə şəhər 5 saylı orta məktəb, Yevlax rayon gənclər evi, Ağdaş H. Əliyev adına Musiqi Məktəbi, Ucar Küçəkənd orta məktəb, Kürdəmir rayon 2 saylı orta məktəbdə gənclərin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib.
Avtobus turu çərçivəsində Bakı, Sumqayıt, Abşeronda da gənclərlə maarifləndirmə tədbirləri təşkil olunacaq.
Qeyd edək ki, "NUR" UGİB HİV/AİDS-in önlənməsi sahəsində fövqəladə xidmətlərinə görə MTV Staying Alive Fondu tərəfindən 2008 və 2009-cu illərdə "STAYING ALIVE AWARD" mükafatı ilə təltif olunmuşdur. 2009-cu ildən etibarən MTV Staying Alive Fondunun dəstəyi ilə həyata keçirilən "Uşaqların Göy Qurşağı: HİV/AİDS Maarifləndirməsi paytaxtdan regionlara" adlı Həmyaşıddan-həmyaşıda Təhsil layihəsi 2012-ci ilə qədər davam edəcəkdir.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB