Yaxın 2 gün ərzində hava belə olacaq? - Proqnozlar Bürosunun direktoru

Yaxın 2 gün ərzində hava belə olacaq? - Proqnozlar Bürosunun direktoru

“Yaxın 2 gün ərzində Bakı və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq və mülayim cənub küləyi əsəcək. Bu günlərdə havanın tempraturu 25-29 dərəcə isti olacaq”. Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, bölgələrdə də yaxın günlərdə əsasən yağmursuz hava müşahidə olunur: “Lakin, gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Bölgələrdə havanın tempraturu 31-36, dağlarda isə 20-25 dərəcə isti olacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə