Çin bəşəriyyətin sayına ciddi təsir göstərəcək bir qərar qəbul etmək üzrədir

Çin bəşəriyyətin sayına ciddi təsir göstərəcək bir qərar qəbul etmək üzrədir

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclasından sonra yayılmış bəyanata əsasən, ölkədə doğuşa nəzarət siyasətinin daha da güclənməsi üçün evli cütlüklərin 3-cü övlad sahibi olmasına imkan vermək əhalinin qocalması probleminin həllinə kömək edəcəkdir.

"ÇKP Mərkəzi Komitəsi ölkəmizin demoqrafiyası dəyişdikcə, ardıcıl olaraq müxtəlif tədbirlər gördü, əvvəlcə ailənin 2 uşaq sahibi olmağa icazə verildi və müsbət nəticələr əldə edildi. Eyni zamanda, ölkəmizin ümumi əhalisinin qocalması son illərdə sürətlənmişdir. Həmin uşaq doğma siyasətinin daha da asanlaşdırılması və bir cütlüyün 3 uşaq sahibi olmasına imkan verən siyasətlərin tətbiqi ölkənin əhali quruluşunun yaxşılaşdırılmasına kömək edəcək, Çinin insan resursları üstünlüyünü qoruyan bir strategiyanı aktiv şəkildə həyata keçirəcəkdir- bəyanatda deyilir.

1970-ci illərin sonlarında Çin, şəhərdəki ailələrin yalnız 1 uşağa və ilk uşaq qız olduğu təqdirdə kəndlərdə 2 uşağa sahib olmasına icazə verərək əhali artımına nəzarət etmək üçün “Bir ailə, bir uşaq” siyasətini tətbiq etdi. Ancaq zaman keçdikcə bu siyasətlər gender bərabərsizliyi və əhalinin qocalması kimi demoqrafik problemlərə yol açdı. 2013-cü ildə hökumət ortaya çıxan problemləri həll etmək üçün bu siyasəti yumşaltdı. Valideynlərdən birinin ailədə yeganə uşaq olduğu təqdirdə onlara 2-ci övlad sahibi olmağa icazə verildi. Hazırda Çində bütün ailələr 2-ci övlad sahibi ola bilərlər. İndi 3-cü uşağa da izacə veriləcəyi gözlənilir.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə