"YAŞAT" Fondu tərəfindən indiyə qədər xərclənən vəsaitin həcmi açıqlanıb

"YAŞAT" Fondu tərəfindən indiyə qədər xərclənən vəsaitin həcmi açıqlanıb

"YAŞAT" Fondu tərəfindən indiyə qədər 3 milyon manatdan artıq vəsait xərclənib.

SİA-nın məlumatına görə, bunu Fondun rəhbəri Elvin Hüseynov deyib. Onun sözlərinə görə, fond tərəfindən 94 ağır yaralı qazi Türkiyəyə göndərilib:"Onlardan 32 nəfər sağalaraq geri qayıdıb. Həmçinin daha 5 qazi bu həftə müalicəyə göndəriləcək".

E.Hüseynov bildirib ki, 38 körpənin adına 5 min manatlıq bank hesabı açılıb:"Ümumilikdə isə müharibədən sonra 90 şəhid övladı dünyaya gəlib".

Bütün xəbərlər Facebook səhifəmizdə