Elçin Mirzəbəyli: \"Jurnalistlərə evlərin verilməsi prosesində media qurumları rəhbərlərinin iştirakının tərəfdarı deyiləm\"-MÜSAHİBƏ

Elçin Mirzəbəyli: \"Jurnalistlərə evlərin verilməsi prosesində media qurumları rəhbərlərinin iştirakının tərəfdarı deyiləm\"-MÜSAHİBƏ

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin SİA-ya müsahibəsi:

- Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20 illik dövrü ölkənin inkişaf tarixinə hansı töhfələr verdi?

- İlk növbədə Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlı daşınmaq lazımdır. Mən hesab edirəm ki, Azərbaycan müstəqilliyini yenidən bərpa edəndən sonra, xüsusilə də son 15 il ərzində ölkənin dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində kifayət qədər addımlar atılıb. Eyni zamanda, 28 may tarixində müstəqillik əldə olunduqdan sonra ənənələrdə ciddi tarixi araşdırmalar aparıılıb. Bu baxımdan 20 il ərzində Azərbaycanın bir müstəqil dövlət kimi çox böyük uğurlara imza atdığını düşünmək olar. Bu 20 il ərzində tarixən həmişə müqayisələr aparılıb. Təbii ki, Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı illərdə tarixi reallıqlarda aparılan mübarizənin motivi də bərk idi. Biz hər zaman Azərbaycan Xalq Cümruhiyyətinin Şərqdə ilk demokratik respublika olması ilə öyünürük, fəxr edirik. Ancaq bu gün hesab edirəm ki, daha çox fəxr etməyə ixtiyarımız var. Çünki biz nəinki dövlətimizi qurmuşuq, bayrağımızı yenidən qaldırmışıq, eyni zamanda bu dövləti çox çətin sınaqlardan keçirərək möhkəmləndirmişik. Bu gün Cənubi Qafqazda lider dövlət kimi dünyanın aparıcı dövlətləri ilə rəqabət apara biləcək gücə malik olan bir ölkəyik. Bu çox sevindirici haldır. Bu günün miqyasından baxanda insanlar hər zaman müəyyən xırda problemləri görə bilirlər. Ancaq tarixi müstəvidən, 10-cu, 100-cü illərin çərçivəsindən baxanda müstəqil dövlət kimi Azərbaycanın qazandıqları bəlkə də tarixdə baş verən oxşar hadisələrlə müqayisə olmayacaq dərəcədə yüksəkdir. Bu baxımdan təbii ki, Azərbaycan vətəndaşının qürur duymağa, bu günləri qeyd etməyə haqqı var. Mən əminəm ki, dövlət müstəqilliyimizin bərpasının 20 illiyi cənab prezidentin sərancamından irəli gələrək çox yüksək səviyyədə qeyd olunacaq. Bu 20 illik tarix eyni zamanda, Azərbaycanın müstəqilliyinin daimi, əbədi olacağı barədə növbəti mesaj olacaq.

- Sizin fikrinizcə, uzun zamandır müzakirə olunan Diffamasiya haqqında qanunun qəbuluna nə dərəcədə ehtiyac var?

- Diffamasiya haqqında qanunla bağlı bu günə qədər bir sıra fikirləri səsləndirmişik. Mən hesab edirəm ki, qanunun qəbul olunması ilə bağlı bir sıra hüquqi, eyni zamanda maarifləndirici addımların atılmasına ehtiyac var. Həm də məsələyə sadəcə konkret bir zaman tərəfindən yanaşmaq düzgün olmazdı. Bu proses daimi olaraq aparılmalıdır. Eyni zamanda, qanunun qəbulu ilə jurnalistlərin məsuliyyətini daha da artmalıdır. Mən hesab edirəm ki, artıq hər bir mövzu bu prosesdə tənzimləmə mexanizmi ilə qabarıq şəkildə özünü büruzə verməlidir.

- Sizin fikrinizcə, yaxın gələcəkdə jurnalistlərə evlər hansı meyarlar əsasında verilməlidir?

- Hesab edirəm ki, bu məsələdə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun aparıcı mövqedə dayansa və proses bilavasitə onların nəzarəti altında həyata keçirilsə, daha düzgün olardı. Bu prosesdə media qurumları rəhbərlərinin iştirakının tərəfdarı deyiləm. Mən hesab edirəm ki, seçimi yalnız fondun ixtiyarına vermək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə