Rektor: “Müxalifətçi gənclərin BDU-ya qayıtması ilə bağlı məsələyə baxıla bilər”- AÇIQLAMA

Rektor: “Müxalifətçi gənclərin BDU-ya qayıtması ilə bağlı məsələyə baxıla bilər”- AÇIQLAMA
\"Ali məktəb müəllimləri üçün nəzərdə tutulan yaş kvotası gələcəkdə dəyişdirilə bilər". SİA-nın məlumatına görə bu barədə BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov jurnalistlərə açıqlamasında deyib.
Millət vəkili açıqlamasında yaş məhdudiyyəti ilə bağlı qəbul edilən qanuna iradlarını bildirib. O bildirib ki, əgər bu kvota saxlansa, o zaman Bakı Dövlət Universitetinin professor heyətinin 50 faizdən çoxuna aid edilməlidir: "Bu isə ciddi problemlər yaradacaq" .

Açıqlaması zamanı Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və KXCP üzvü Cavid Mehrəliyevin Bakı Dövlət Universitetinə (BDU) bərpası məsələsinə də toxunan rektor bildirib ki, sözügedən məsələyə baxıla bilər. Onun sözlərinə görə, praktikada belə bir təcrübə mövcuddur.

"Bununla bağlı universitetə xüsusi müraciət olmalıdır. Müraciət xüsusi komissiya tərəfindən dəyərləndirildikdən sonra müvafiq qərar qəbul edilir",- deyə millət vəkili qeyd edib.

Bundan əlavə rektor söyləyib ki, hər iki gənc universitetdən siyasi əqidələrinə görə deyil, akademik borca görə xaric ediliblər: "Məsələnin siyasiləşdirilməsinin əleyhinəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə