Azərbaycan Demokratik Respublikasının tarixi Çin mətbuatında

Azərbaycan Demokratik Respublikasının tarixi Çin mətbuatında

Çinin Pekin Xarici Dillər Universitetinin Asiya-Afrika fakültəsinin Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyevin təşəbbüsü ilə bu ölkənin “Mp.weixin.qq.com” saytında 28 may – Respublika Gününə həsr olunmuş "Əzab və Şöhrət: Azərbaycan Demokratik Respublikasının tarixi" sərlövhəli məqalə yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, Pekin Universitetinin nəzdindəki Asiya Kollecinin Azərbaycan dili fakültəsinin tələbəsi Lu Sinin qələmə aldığı məqalədə ölkəmizin dövlətçilik tarixində baş vermiş mühüm hadisəni şərtləndirən ictimai-siyasi proseslər, cümhuriyyət qurucuları, Azərbaycan Demokratik Respublikasının (ADR) yaranması, fəaliyyəti, həyata keçirdiyi siyasi-iqtisadi və humanitar islahatlar, əldə etdiyi nailiyyətlər və süqutu barədə müfəssəl məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə