Abel Məhərrəmov: “BDU-nun 8 fakültəsinə yeni dekan təyin olunacaq”-AÇIQLAMA
\"Bu gün Bakı Dövlət Universitetində (BDU) 8 fakültəyə yeni dekan təyin olunacaq\". SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov deyib.
Fakültələrin bəzilərinin adlarını açıqlayan rektor söyləyib ki, universitetin hüquq, beynəlxalq hüquq, fizika, sosioloji elmlər və psixologiya, riyaziyyat, kimya fakültələrinə yeni dekanlar rəhbərlik edəcək.
BDU-nun 5 prorektorunun vəzifədən çıxarılması ilə bağlı müxtəlif söz-söhbətlərə də aydınlıq gətirən millət vəkili bildirib ki, bu yerdəyişmələr kadr islahatları çərçivəsində həyata keçirilib. Onun sözlərinə görə, vəzifədən çıxarılanların hər biri universitetdə müvafiq işlə təmin olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB