Şair, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Əziz Musa vəfat edib.
SİA-nın məlumatına görə, bu barədə AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.
Əziz Musa ( Musayev Əziz Həsən oğlu) 1951-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1968-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1972-ci ildə dövri mətbuatda Əziz Musa imzası ilə çıxış edib.
“İlham Çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Qarabağ müharibəsi veteranı olub.
Allah rəhmət eləsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB