“Vətəni tanı” Ümumrespublika Kampaniyasının növbəti seçim turu Gədəbəydə keçirilib- FOTOSESSİYA

“Vətəni tanı” Ümumrespublika  Kampaniyasının növbəti seçim turu Gədəbəydə keçirilib- FOTOSESSİYA
"Vətəni tanı" Ümumrespublika Kampaniyası öz seçim turlarını davam etdirir. SİA-nın verdiyi məlumata görə, bu dəfə işçi qrupu Gədəbəy rayonuna səfər edib.

Dağlar qoynunda yerləşən, Azərbaycanın dilbər guşələrindən olan Gədəbəydə 150 gənc arasında təşkil edilən Kampaniyanın məqsədləri barədə gənclərə Milli Şuranın Regionlar departamentinin rəhbəri Natiq Nəsirov məlumat verib. Gədəbəyli gənclər kampaniyaya böyük maraq göstəriblər. İstər elektron, istərsə də pazl şəklində xəritəni yığmaqda gədəbəyli gənclər bir biri ilə yarışıblar. Onlar arasından yalnız 2 nəfərin respublika turuna vəsiqə qazanacağı məlum idi. Amma əsas hədəf gəncləri bu kampaniya vasitəsi ilə ölkəmizin ərazi bütövlüyünü mənimsəməsi olub. Yarışma o qədər maraqlı keçib ki, gənclər hər il bu tədbirin keçirilməsini arzulayıblar.Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verdiyi layihə seçim turlarını davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə