""YAŞAT" marafonu həmrəyliyimizi bir daha sübut edəcək" - ŞURA SƏDRİ

""YAŞAT" marafonu həmrəyliyimizi bir daha sübut edəcək" - ŞURA SƏDRİ

"Məlum olduğu kimi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə bir aylıq "YAŞAT" marafonuna başlanıb". Bu fikirləri SİA-ya açıqlamasında "Ana Vətən Partiyası" Qadınlar Şurasının sədri Günay Ağamalı deyib.

Onun sözlərinə görə, marafonu keçirməkdə məqsəd qazi və şəhid qardaşlarımızın ailələrinə dəstək üçün dünya Azərbaycanlılarını bir araya gətirməkdir: "Qətiyyətli Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumzun 44 günlük "Dəmir yumruq" əməliyyatı xalqımıza böyük Zəfər sevincini yaşatdı".

Günay Ağamalı vurğulayıb ki, “Gəlin Yaşadaq” devizi altında birləşərək, canlarını Vətənə fəda edən şəhidlərimizin ailələrinə, sağlamlıqlarını itirən qazilərimizə dəstək verməyimiz xalqımızı dünyaya bir daha həmrəyliyimizin ifadəsi kimi təqdim edəcək.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə