Bu dövrdə ciddi motivasiya itkisi görülə bilər - XƏBƏRDARLIQ

Bu dövrdə ciddi motivasiya itkisi görülə bilər - XƏBƏRDARLIQ

Məqsədləri uşaqların xüsusiyyətlərinə görə təyin etməmək, onların motivasiyasını və özünə inamını azaldan səbəb kimi qəbul edilir. Yeniyetmədən əvvəl uşaqların, xüsusən xarici motivasiya ilə hədəflənmiş davranışa çatmağın daha asan olduğunu vurğulayan mütəxəssislər, "afərin, etdin, səninlə qürur duyuram" kimi müsbət rəylərin əskikliyi aradan qaldırdığını bildirirlər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mütəxəssislər, yetkinlik yaşına girən uşaqların ciddi motivasiya itkisi yaşaya biləcəyinə diqqət edərək, görülə bilən simptomlar haqqında valideynləri xəbərdar edir.

Türk psixoloq Seda Aydoğdu uşaqlarda motivasiya çatışmazlığı haqqında tövsiyələr verib:

Hədəf uşağın xüsusiyyətlərinə görə təyin olunmalıdır.

“Uşağın xüsusiyyətlərinə uyğun hədəf təyin etməmək, uşağın motivasiyasını və özünəinamını azaldan səbəblərdən biridir. Uşaq özü güclü və zəif tərəflərini bilməlidir və valideynlər bu cəhətlərdən xəbərdar olmalıdırlar. Uşaq və ya ailə zəifliklərin üstünlük təşkil etdiyi yerdə yüksək hədəflər qoyarsa, bu yenə də aşağı motivasiyaya səbəb olacaq. Hər yerinə yetirdiyi iş üçün ailəsindən və ya müəllimlərindən müsbət rəy almasa, davamlı tənqid olunursa, səhvləri və çatışmazlıqları həmişə ön plandadırsa, uşaqda motivasiya çatışmazlığı görülə bilər. Uzunmüddətli perspektivdə bu, aşağı akademik müvəffəqiyyət, özünə inamsızlıq və mənfi özünə inam kimi biruzə verir".

Yeniyetməlikdə motivasiya itkisi yaşanır

“Xüsusilə, gənclik dövrünə girən uşaqlarda motivasiyada ciddi azalma olur. Bu vəziyyətin səbəblərindən biri yeni inkişaf dövrünə girməkdir. Özləri üçün yeni bir şəxsiyyət inkişaf etdirməyə diqqət edir, dostluqları daha qabarıqdır və çox vaxt mövcud suallara cavab axtarırlar”.

Əks əlaqə motivasiya üçün vacibdir

“Afərin, bunu etdin, səninlə qürur duyuram” kimi müsbət rəylər verməklə motivasiya çatışmazlığının qarşısını almaq mümkündür. Unudulmaması lazım olan ən vacib məsələ hədəflənmiş davranışın və ya əldə etmənin uşağın maraq dairəsi ilə əlaqəli olmasıdır. Uşağın maraqlandığı və maraq göstərdiyi şəkildə daxili motivasiya ilə idarə olunmalıdır. Əks təqdirdə, topdan qorxan bir uşağa nə qədər yaxşı davranılsa da, uşaq topla fəaliyyətdə istədiyi müvəffəqiyyəti əldə edə bilməyəcək”.

Motivasiya müxtəlif formalarda və səviyyələrdə baş verir

Seda Aydoğdu, motivasiya anlayışının fərdi bir konsepsiya olduğu üçün hər bir uşaqda fərqli yol və səviyyələrdə ortaya çıxdığını ifadə edir: “Bu səbəbdən ailələr ilk növbədə övladlarının maraqlarını öyrənməyə çalışmalıdırlar. Hədəfli davranış uşağın maraqlarına uyğun olaraq planlaşdırılırsa, istədiyiniz nöqtəyə çatmaq daha asan olar. Uşağınızın motivasiya olmaması daha sonra inkişaf edən bir vəziyyətdirsə, həm ailənin, həm də uşağın bunun nəticəsində hansı vəziyyət və hadisələrin baş verməsi barədə məlumatlılığı artırılmalıdır. Beləliklə, problemin tərifi və səbəbləri müəyyən edilərsə, həll üçün lazımlı daxili və xarici motivasiya işləri edilə bilər”.

Daxili motivasiyanı artırmaq çox vacibdir

Daxili motivasiyanı artıraraq bu təsiri davam etdirmək üçün uşaqların öyrənmə performanslarına müsbət təsir göstərə biləcəyini və bu təsiri uzun müddət davam etdirə biləcəyini söyləyən mütəxəssis fikirlərinə belə davam edib: “Bu səbəblə hədəflənmiş davranış formalı olmalıdır. Xarici motivasiya mənbəyi təqib cədvəli vasitəsilə uşağa müsbət rəy verməklə dəstəklənməlidir. Bundan əlavə, uşaqların yemə, içmə və yuxu rejimlərinə də diqqət yetirilməli və qayda pozuntusu olarsa, bu vəziyyəti düzəltmək üçün işlər aparılmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə