20 Yanvar faciəsinin şəhidi Ağabəy Novruzbəylinin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Bu gün Azərbaycan xalqının qəhrəmanı, həyatını vətənin azadlığı uğrunda qurban verən 20 Yanvar faciəsinin şəhidi Ağabəy Novruzbəylinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Ağabəy Novruzbəylinin atası Oqtay Novruzov, A.Novruzbəyli adına 46 saylı məktəbin müəllimi Hakim Qənbərov, Azərbaycan Dövlət Neft Akademiyasının dosenti Bahar Əsgərova, Pedaqoji Kollecinin müəllimi, filologiya elmlər namizədi Mahmud Fətiyev və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi tədbir haqqında məlumat verib. Onun sözlərinə görə, Ağabəy 1971 - ci ildə mayın 23- də Bakıda ziyalı ailəsində dünyaya gəlib. \"Nəsimi rayonundakı 46 saylı orta məktəbdə oxuduğu müddətdə yüksək nizam- intizam, davranışı və çalışqanlığı ilə pedaqoji kollektivin hörmətini qazanan xalq qəhrəmanı məktəbin ictimai işlərində fəal iştirak edib. Kimya fənninə xüsusi maraq göstərən Ağabəy şəhər, respublika olimpiadalarında tərifnamələrlə, diplomlarla, qiymətli hədiyyələrlə təltif edilib\"-deyə direktor bildirib.
Tədbirdə çıxış edən Ağabəy Novruzbəylinin atası Oqtay Novruzov oğlu haqqında geniş məlumat verib. \"Ata üçün oğlu haqqında danışmaq çox çətindir. O, çox sakit oğlan idi. Oğlum haqsızlıqlarla tez-tez rastlaşırdı. Ağabəyin intiharı, əsl vətənpərvərlik qeyrəti, torpaq uğrunda ölməyi bacarmaq nümunəsi və milli qürurun təntənəsi idi\"-deyə atası əlavə edib.
Qeyd edək ki, tədbirdə \"Ağabəy Novruzbəyli -40\" adlı sərgidə Novruzbəyli ailəsi tərəfindən muzeyə təhvil verilmiş Ağabəyin şəxsi əşyaları, sənədlər, fotoşəkillər nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB