Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi jurnalistlər arasında “Azərbaycan Respublikasında dövlət-din münasibətləri müsabiqə keçirir. SİA xəbər verir ki, qurum "20 illik zaman kəsiyində” mövzusunda yazı müsabiqəsi elan edir.
I. Ümumi müddəalar
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaranmasının 20 illiyi münasibətilə “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi elan edir.
II. Mükafatlandırma
I yer - 1 nəfər - 800 manat
II yer - 2 nəfər - 600 manat (hər biri)
III yer - 3 nəfər - 400 manat (hər biri)
Həvəsləndirici mükafat – 6 nəfər (hər biri) – 200 manat
Müsabiqə mükafatçılarının adları 21 iyun 2021-ci il tarixində açıqlanacaq.
III. Müsabiqə şərtləri
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:
Materialların ümumən mövzunu dolğun əhatə etmə səviyyəsinə;
Analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə;
Faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;
İfadə vasitələrinin zənginliyinə;
Oxucu üçün informasiyalılıq dərəcəsinə;
Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.
Müsabiqəyə 27 may 2021-ci il tarixindən 17 iyun 2021-ci il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yayımlanan yazılar buraxılacaq.
Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur;
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;
Yazıda “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 20 illiyi münasibətilə “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.
Qeyd:
Yazı müəllifi konkret kütləvi informasiya vasitəsində çalışmalıdır.
Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmaya da bilər.
IV. Yazıların təqdim edilməsi
Müsabiqə üçün yazıların təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.
1. Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:
-yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti;
-yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
-yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;
-müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi;
materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir);
-diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla);
-yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir.
2. Yazılar elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır.
Müsabiqəyə yazılar [email protected] elektron ünvanına göndərilməlidir.
Təqdimatda yer almalıdır:
Müsabiqə yazısı ("Word" faylında, imzasız);
Müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud "Word" faylında);
Yazı elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən "link";
Yazı müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış (PDF, JPG, yaxud "Word" faylında);
Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud "Word" faylında) əlavə olunmalıdır.
Müsabiqə üçün yazılar həm şəxsən, həm də elektron poçt vasitəsilə 27 may 2021-ci il tarixdən 17 iyun 2021-ci il tarixinədək, həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Əhməd Cavad küçəsi 16 ünvanında qəbul ediləcək.
Qeyd: Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.
Əlaqə: (012) 437 31 15
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi jurnalistlər arasında “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda yazı müsabiqəsi elan edir
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 20 illiyi münasibətilə “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi elan edir.
Müsabiqədə I yer üçün 1 nəfər (800 manat), II yer üçün 2 nəfər (600 manat), III yer üçün 3 nəfər (400 manat) yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub. Bundan əlavə, 6 yazı müəllifinə (hər biri 200 manat) həvəsləndirici mükafatlar veriləcək. Müsabiqənin nəticələri 2021-ci il 21 iyun tarixində açıqlanacaq.
Müsabiqəyə 2021-ci il mayın 27-dən iyunun 17-dək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yayımlanan yazılar buraxılacaq. Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur. Yazıların həcmi 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Yazıda “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 20 illiyi münasibətilə “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.
Müəlliflər yazıları şəxsən və ya elektron qaydada təqdim edilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB