Problem “TikTok” dur, yoxsa onun istifadəçiləri? - SƏBƏBLƏR AÇIQLANDI
Dünyanın bir çox yerində olduğu kimi Azərbaycanda da yayılan bu sosial şəbəkə öz zərərləri ilə də gündəmdədir. Belə ki, insanlar ona etiraz edir, dövlət başçıları onu qadağan edir amma o hələ də öz yerindədir. Bu proqram Pakistanda qadağan olsa da, daha sonra ölkənin qanunlarına riayət edəcək şəkildə öz istifadəsini bərpa etdi. Tamamilə senzurasız olan bu proqramda pornoqrafiya da paylaşıla bilər. Yəni bu platformanın heç bir məhdudiyyəti və müəllif haqları anlayışı yoxdur. Məsələn “facebook” da hər hansısa musiqi paylaşdıqda, o dərhal proqram tərəfindən bloklanır. Amma “TikTok”da belə bir məhdudiyyət yoxdur. Bu proqramın tamamilə qadağan olunması halında isə VPN proqramları ilə onu endirmək mümkündür. Yəni bu proqramdan heç cür qurtulmaq mümkün deyil.
Digər tərəfdən isə onun zərərli tərəf və istifadəçilərindən qurtulmaq olar. Bu proses proqrama senzura tətbiq edildikdə özünü doğruldacaqdır. Məsələn Pakistan nümunəsində bunu müşahidə edə bilərik.
“TikTok”la bağlı sualları cavablandıran deputat Müşfiq Cəfərov bildirib ki, "TikTok" sosial şəbəkəsinin bağlanması ilə bağlı müzakirələrin aparılması çox önəmlidir: "Çünki "TikTok" idarə və nəzarət olunmayan sosial şəbəkədir. Biliriniz "facebook"da hər videonu yaymaq və paylaşmaq qadağandır. Eləcə də digər sosial şəbəkələr. "TikTok"dan fərqli olaraq o sosial şəbəkələr hər videonun yayılmasına icazə vermir. Ancaq "TikTok"da istənilən video paylaşılır. Bu sosial şəbəkədən daha çox gənclər və uşaqlar istifadə edir. Bu da gələcəyimizin təhlükə altına atmış olur. Ona görə də mən "TikTok"-un əleyhinəyəm. Düzdür, hərdən "TikTok"da zarafat videoları da olur. Ancaq əxlaqa təsir edən videolar daha çoxdur. Ona görə də hesab edirəm ki, bu məsələdə biz hər birimiz diqqətli olmalıyıq. Çalışmalıyıq ki, övladlarımız bu sosial şəbəkənin qurbanı olmasın".
Eyni zamanda, ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlar ərazisində Çinin “TikTok” sosial şəbəkəsinin işinə qadağa qoymaq niyyətində olduğunu açıqlamışdı. Amerikalı lider Floridadan Vaşinqtona gedərkən öz təyyarəsinin göyərtəsində jurnalistlərə bildirmişdi. “Madam ki, “TikTok” mövzusuna toxunduq, biz onun işini ABŞ-da qadağan edirik”, - deyə Tramp qeyd edib. Məlumata görə, Tramp bunun üçün müvafiq sərəncam imzalaya və ya təcili iqtisadi səlahiyyətlərindən istifadə edə biləcəyini deyib.
Digər tərəfdən isə “TikTok” dan yararlı şəkildə istifadə edən kütlələr də var. Onlar incəsənət, musiqi nümayiş etdirir, verilişlər ortaya çıxarır və s. Deməli problem həm də istifadəçilərdədir. “TikTok” isə həmin istifadəçilərin içindəki çürüklüyü çölə çıxarır. Yəni onlara bayağılıq, əxlaqsızlıq etsin deyə azadlıq verir. Virtual bir azadlıq isə realdan çox az fərqlənir və öz sürəti, əhatəsi ilə seçilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB