YAP nümayəndələri qazini ziyarət ediblər - FOTO

YAP nümayəndələri qazini ziyarət ediblər - FOTO

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Qaraçuxur qəsəbəsi sakini, Vətən Müharibəsi qazisi Qurbanov Əbülfət Tanverdi oğlunun ailəsini ziyarət edib, ailəyə sovqat aparıb və qayğıları ilə maraqlanıblar. SİA xəbər verir ki, səmimi keçən görüş zamanı Vüqar Seyidov şəhidlərimizin xatirəsini əziz tutaraq onların ruhları qarşısında baş əydiyini ifadə edib, qəhrəman şəhidlərimiz bütün xalqımıza heç vaxt unudulmayacaq bir qələbə ərmağan etdiyini vurğulayıb. Qazilərimizin şərəfli döyüş yolunu yüksək qiymətləndirən təşkilat sədri hər bir Azərbaycan vətəndaşının qazilərə və şəhid ailələrinə xüsusi diqqətlə yanaşmağa borclu olduğunu bildirib. Bu müqəddəs işdə cənab Prezident İlham Əliyevin və çoxhörmətli Mehriban Əliyevanın cəmiyyətimiz üçün etalon təşkil etdiyini bildirib.

Sonda Vətən Müharibəsi qazisinin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatına öz minnətdarlıqlarını bildirib, göstərilən qayğını hiss etmək yaralarının sağalmasına mənəvi dəstək olduğunu deyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə