“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il mayın 25-də qida məhsulları sahəsində fəaliyyət göstərən 32 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb. SİA AQTA-ya istinadən xəbər verir ki, qeyd edilən tarixdə 4 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
|
S/S |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
|
1 |
Muradov Natiq Abdulsəməd oğlu |
ilkin istehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
|
2 |
Seydumova Rəna Aydəmir qızı |
emal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
|
3 |
Seyidova Teyfura Norali qızı |
emal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
|
4 |
Talibov Ayaz Kazım oğlu |
istehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB