"Kütləvi ibadətlərdə ara məsafələri gözləniləcək" - QURUM RƏSMİSİ AÇIQLADI

"Kütləvi ibadətlərdə ara məsafələri gözləniləcək" - QURUM RƏSMİSİ AÇIQLADI

“Dindarlarımız pandemiya dövründə uzun müddət mənəvi qida aldıqları ibadət evlərindən uzaq qaldılar”. Bu sözləri SİA-ya açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.

Onun sözlərinə görə, dini evlər, dini ibadətgahlar bir çox dinlərdə mühüm rol oynayır: “Eyni zamanda bir çox din mənsubları dünyanın dörd bir tərəfində dini ibadət evlərinə gedirlər. O cümlədən Azərbaycandakı müxtəlif din mənsubları da daim bu ibadət evlərinə gedərək öz dini rituallarını, öz dini ayinlərini icra edirlər. Ümumiyyətlə dinin iki yönü var: Fərdi və ictimai. Fərdi yön dindarın öz şəxsiyyəti, öz mənəviyyatı, öz əxlaqı ilə bağlı məsələləri əhatə edir. Amma ictimai yönə gəldikdə isə həmin dindarın digər dindarlarla, digər din mənsubları ilə eyni zamanda cəmiyyətlə münasibətlərini əhatə edir. Bu baxımdan da məscidlər dinin ictimai yönündə xüsusi rol oynayırlar. Təbii ki, ibadət evlərinin yəni məscidlərin, kilsələrin açılması dindarlarımıza, din xadimlərimizə dinin ictimai yönünün daha rahat şəkildə yaşamalarına, özlərini daha rahat ifadə etmələrinə və dini ayinlərin, dini rituallarını daha rahat şəraitdə həyata keçirməsində təmin edəcəkdir".

Mehman İsmayılov həmçinin qeyd edib ki, yumşalma pandemiyada müəyyən məhdudiyyətlərin götürülməsi bizi rahat salmamalıdır: "Digər bütün sahələrdə olduğu kimi, bu sahədə də həm din xadimlərimiz, həm dindarlarımız yenə ayıq-sayıqlığı əldən verməməlidir. Yumşalma olsa da müəyyən məsələləri gözləməliyik. Məscidlərdə də, kilsələrdə də təbii ki, kütləvi ibadətlər zamanı həmin qaydalara əməl etmək çox vacibdir. Bütün dindarlarımız necə ki, pandemiya dövründə məscidlər, sinaqoqlar, kilsələr bağlı olarkən səbr nümayiş etdirdilər, bu gün də artıq həmin ibadət evlərinin qapıları açıldıqdan sonra onlar bir daha həmin problemlərin öhdəsindən gəlmək üçün tədrici metodlardan istifadə edəcəklər. Kütləvi ibadətlərdə ara məsafələri gözləniləcək. Digər gigiyenik qaydalara təbii ki, yenə də riayət olunacaq. Bu şəkildə biz davam edərək, gələcəkdə artıq tamamilə bu virus davasından qurtulacayıq və tam azad və rahat şəkildə ibadətlərimizi ibadət evlərində daha asan həyata keçirə biləcəyik".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə