Dr Myasnikov kolbasa və sosiskanın niyə xərçəng yaratdığını açıqladı - VİDEO

Dr Myasnikov kolbasa və sosiskanın niyə xərçəng yaratdığını açıqladı - VİDEO

"Rusiya 1" telekanalında həkim və televiziya aparıcısı Aleksandr Myasnikov bildirib ki, kolbasa insanlar üçün ölümcül məhsuldur. Kolbasanın "xərçəng" yaratdığı haqda xəbərdarlıq edən mütəxəssis qeyd edib ki, bu məhsulların reklamını qadağan etmək lazımdır.

Kolbasa niyə təhlükəlidir

Kolbasanın tərkibində natrium nitrit var ki, bu da xərçəngin yaranma riskini artırır. Əlavə olaraq, kolbasada trans yağları və şəkərlər olduğu üçün ÜST mütəxəssisləri 2015-ci ildə kolbasaları kanserogen kimi təsnif etdilər. Bəzi sənaye əti növləri, Myasnikova görə, yetişmə mərhələsində belə böyümə hormonları və antibiotik dozası alır.

Teledoktor qeyd edib ki, kolbasa və sosiska istehlakı kişilərdə erektil disfunksiyaya da səbəb olur.

Həkim kolbasa və sosiska məhsullarını qida rasionundan kənarlaşdırmağı məsləhət görür, əvəzinə bişmiş ət, təsərrüfat məhsullarını və ya yaşlı pendirdən istifadə etməyi tövsiyə edir.

Myasnikov, ağ çörəyin əvəzinə tam taxıldan olan məhsullarla əvəz olunmasını təklif edir.

Elçin

https://www.youtube.com/watch?v=sNBM7QU1mwE

Bütün xəbərlər Facebook səhifəmizdə