Bir manatlıq taksilər yığışdırılır? BŞDYPİ RƏSMİSİ AÇIQLADI

"Bir manatlıq taksi fəaliyyəti ilə məşğul olanlar üzrə çox ciddi nəzarət ediləcək və qanunvericilik qarşısında cavab vermələri üçün sənədləşdirmə aparılacaq". Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, bu nəzarətin və ya inzibati tənbeh tədbirlərinin keçirilməsi təkcə yol polisi ilə əlaqədar deyil. Aidiyyatı qurumlarla birgə bu həyata keçirilməlidir. Yəni taksi fəaliyyəti ilə məşğul olanlar üçün normal şərait yaradılmalı, eləcə də sərnişin daşımada yüksək gediş-gəliş məsələsi təmin edilməli və paralel inzibati tənbeh tədbirilərinin görülməsi nəzərdə tutulur.

Vaqif Əsədov həmçinin qeyd etdi ki, vətəndaşlar qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanlardan və 1 manatlıq taksi ilə hərəkət edənlərdən imtina etsinlər. Ancaq BNA-nın nəzarətində olan sərnişin daşıma ilə məşğul olanların köməyi ilə hərəkət etməyə üstünlük versinlər.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə