Vaxtından əvvəl qarpızın yeyilməsi ağır xəstəliyə yol açır - QİDA TEXNOLOQU İZAH ETDİ

Vaxtından əvvəl qarpızın yeyilməsi ağır xəstəliyə yol açır - QİDA TEXNOLOQU İZAH ETDİ

“Xaricdən idxal onunan qarpızlar hibrid qarpızlardır. Çünki, vaxtından tez yetişir. Azərbaycanda qarpız sezonu avqustun axırı və ya sentyabr ayının əvvəlləridir. Lakin, xaricdə hibrid toxumları çox yayıldığı üçün vaxtından əvvəl satılan qarpızlar yerli deyil. Artıq Azərbaycanda da hibrid toxumlarının satışına başlanılıb. Təəssüflər olsun ki, bunu tərifləyən mütəxəssislər də var. Təbiətin qanunlarını heç vaxt pozmaq olmaz. Əgər təbiət bu qarpızı avqust və ya sentyabrda iqlim şəraitinə görə yetişdirirsə, deməli həmən o vaxta yemək lazımdır. Məsələn, İran bizdən isti ölkə olduğu üçün orada iyunda qarpız yetişə bilər. Amma bu o demək deyil ki, biz onu vaxtından əvvəl yeməliyik. Əvvəla bizdə 400 kilometr olan radiusda nə bitirsə onu yeyilməlidir. Kənardan gələn meyvə-tərəvəzin bizə heç bir faydası yoxdur. Çünki, bunlar bizim genetik kodlarımıza daxil deyil. Yəni, genetik kodlara piqmentlər daxildir. Bir sözlə, mövsümündə yeyilməyən meyvənin heç bir faydası yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında qida texnoloqu Ağa Salamov deyib.

Onun sözlərinə görə, biz bu qarpızlara gübrənin nə qədər vurulduğunu bilmirik: “Əgər hibrid toxumdursa, gübrədən geniş istifadə olunur. Bu da qarpızın nitrat səviyyəsinin yüksək olduğunun göstəricisidir ki, insalarda zəhərlənmə yaradır. Yəni, immun sistemi zəif olan adam həmin o qarpızdan yesə, zəhərlənmə riski daha yüksəkdir. Ümumiyyətlə bu işbazlara da yer verən biz özümüzük. Onlara biz yol açırıq ki, gəlin bunu satın alacağıq. Mən yüz il qalsa da sezonunda olmayan heç bir şeyi almıram. Mən bilirəm ki, qışda xiyar olmursa, onu niyə almalıyam?! Parnikdə bitən tərəvəzin mənə nə xeyri ola bilər ki?! Gübrədən geniş istifadə olunduğuna görə, zəhərlənmə halları çox olur. Riskli qidalar yalnız ət mənşəli olmur. Meyvə-tərəvəz də riskli qida qrupuna daxildir”.

Qida texnoloqu bidlirib ki, həmçinin sezonunda bitən qarpızı seçmək üçün bəzi məqamlara diqqət etməliyik: "Olqunlaşmamış, yəni yetişməmiş qarpızı satmaq düzgün deyil. Bəzi işbazlar avqust-sentyabr aylarında da bu əməllərindən əl çəkmirlər. Qarpızın saplağına baxın. Əgər saplaq quruyubsa, deməli, onun içi də yetişib. Yox, əgər saplaq yaşıl rəngdədirsə, demək ki, içi yaxşı deyil. Digər məqam isə qarpıza yumruq vuranda şüşə səsi kimi bir səs gəlməlidir. Sanki, bu dəqiqə əlimizdə çatlayacaq. Bu qarpızları seçmək daha məqsədəuyğundur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə