"Anomal hava nisbətən narahatlıq hissi yarada bilər” - QURUM RƏSMİSİ AÇIQLADI
“Küləkli hava şəraiti artıq üç gündür ki, 24, 25, 26 may tarixlərində paytaxtda müşahidə olunur. Küləyin maksimal sürəti 15-18 arası güclənir. Belə hava şəraiti səhərədək davam edəcək. 27-si səhər mülayim cənub küləyi əsəcək”. Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, bölgələrdə isə yağıntılı hava şəraiti müşahidə olunur: “Belə hava şəraiti 27-si gündüzədək davam edəcək. Gündüz artıq yağıntı kəsəcək. 28-i isə əksər rayonlarda əsasən, yağmursuz hava şəraiti müşahidə olunur”.
Gülşad Məmmədova sözlərinə belə davam edib: “Belə hava şəraiti, yəni atmosfer təzyiqinin yüksəlməsi və küləkli hava, xəzri küləyinin güclənməsi əksər insanlarda nisbətən narahatlıq hissi yarada bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB