"Azərbaycan məhdudiyyətlərdən birdəfəlik qurtulmaq istəyir" SOSİOLOQ AÇIQLADI
“Azərbaycan da dünya dövlətləri kimi bu məhdudiyyətlərdən birdəfəlik qurtulmaq istəyir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Azər Həsrət deyib.
Onun sözlərinə görə, dövlət də təbii ki, bu məhdudiyyətlərdən birdəfəlik qurtulmaq istəyir: “Çünki bu proses çox ciddi zərərlə başa gələn bir prosesdir. Ona görə də mərhələ-mərhələ insanların sərbəst hərəkətini təmin etmək üçün müxtəlif yollara baş vurulur. Bu covid-19 pasportu da bu yollardan ən vacib olanıdır. Çünki bəlli olacaq ki, insanlar artıq 2 dəfə peyvənd olunublar. Onlarda koronavirusa qarşı immunitet yaranıb. Bu insanlar covid-19-un daşıyıcısı olma ehtimalı ən aşağı olan insanlardır. Yəni mütləq daşıyıcı deyil deyə bilmirik. Amma ən azından bilirik ki, onların yoluxma riski minimumdur”.
Sosioloq həmçinin qeyd edib ki, ümumilikdə sosial-iqtisadi vəziyyətə müsbət təsir göstərəcək: “Yəni insanlar rahat şəkildə işə gedib, gələ biləcəklər və yaxud toplu halda hansısa məsələləri birlikdə həll edə biləcəklər. Əlbəttə bunun olması vacibdir, faydalıdır və gərəklidir. Mən düşünürəm ki, pasportun daşıyıcılarının çoxalması Azərbaycan cəmiyyətinin daha intensiv şəkildə normal həyata qayıtmasına fayda verəcək”.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB