Uşaqlarda dəyərsizlik hissi - BUNLARI ƏSLA ETMƏYİN

Uşaqlarda dəyərsizlik hissi - BUNLARI ƏSLA ETMƏYİN

Valideynlər olaraq övladlarımızı ən kiçik səhvlərində xəbərdar etmə vərdişimiz var. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bəzən xəbərdarlıqdan kənara çıxırıq və onun səhvi qarşısında mühakimə edərək vururuq. Bu nöqtədə uşaqlarımızda hansı mənfilik yaratdığımızın fərqində deyilik. Lakin, uşaqlar zaman keçdikcə özlərini qeyri-kafi hiss edirlər. Çünki sosial və emosional inkişaflarına diqqətlə baxdığımız zaman səhvləri üzünə dəyən uşaqların bu inkişaf sahələri zədələnir.

İlk sosial mühiti olan ailələri tərəfindən mühakimə olunan uşaqlar, zaman keçdikcə bu vəziyyətə görə iç dünyasında davranışlar göstərməyə başlayırlar. İndi bu uşaqlar hisslərini atıb, özləri üçün daxili bir dünya qururlar. Çünki, onlar valideynləri tərəfindən mühakimə olunaraq, səhvləri üzlərinə vuruldu. Bu vəziyyətə görə uşaq özünü ifadə etməkdə tərəddüd edən fərd olmağa başlayır. Bu uşaqlar məktəb vaxtı həmişə qorxaq, susqun və narahatdırlar. Dostları tərəfindən qurulan oyunlarda iştirak etməkdən qorxurlar və ümumiyyətlə yalnız oyun oynamağa üstünlük verirlər. Onlar sinifdə barmağını qaldırmaqdan da narahatdırlar. Müəllimlərinin verdiyi sualı cavablandırdıqda və ya öz fikirlərini bildirmək istədikdə, dostları tərəfindən mühakimə olunacağına və lağa qoyulacağına görə narahat olurlar. Hər səhvləri üçün valideynləri tərəfindən mühakimə olunduğu üçün sinifdə aktiv olmurlar.

Valideyn olaraq necə davranmalıyıq?

Əvvəlcə övladlarımızı mühakimə edən ana və ata münasibətindən çəkinməliyik. Onlara səhv edə biləcəyini və həqiqəti göstərə bilərsiniz. Uşaqlar yuxuda gəzməyi öyrənirlər. Buna görə də uşağın hər şeyi bir anda edəcəyini və öyrənəcəyini gözləyə bilmərik. Onu mühakimə və müdaxilə etmədən zamanla kəşf edərək bunları öyrənməsinə imkan verməliyik.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə