Prezident İlham Əliyev Zivər bəy Əhmədbəyov parkının açılışında iştirak edib
SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Zivər bəy Əhmədbəyov 1918-1920-ci illərdə Bakının ilk azərbaycanlı baş memarı olub və şəhərin inkişafında mühüm rol oynayıb. Zivər bəy Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirib. Azərbaycan Prezidentinin Sərəncamı ilə Zivər bəy Əhmədbəyovun adını daşıyan park salınmış və burada onun abidəsi ucaldılmışdır.
Dövlətimizin başçısı parkda yaradılan şəraitlə yaxından tanış oldu. Bildirildi ki, parkın yerləşdiyi ərazi uzun müddət idi ki, baxımsız vəziyyətdə idi. Burada antisanitariya şəraitində fəaliyyət göstərən yeməkxanalar və köşklər yığışdırıldı, Bakının ilk azərbaycanlı baş memarı olan Zivər bəy Əhmədbəyovun adını daşıyan park yaradıldı. Parkın ərazisində çoxlu sayda müxtəlif ağac və gül kolları əkildi, yaşıllıq zolaqları salındı. Parkda müasir tələblərə cavab verən işıqlandırma sistemi qurulub.
Parkın girəcəyində altı kafkanlı və Zivər bəy Əhmədbəyovun abidəsinin arxasında avtomatlaşdırılmış qurğu ilə idarə olunan müasir üslubda fəvvarələr kompleksi quraşdırılıb. Burada paytaxt sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb. Parkın sağ və sol hissəsindəki küçələrə və qarşısından keçən Cəfər Cabbarlı küçəsinə təzə asfalt döşənib, qranit daşlardan yeni səkilər düzəldilib.
Parkla üzbəüz bina Zivər bəy Əhmədbəyovun layihəsi əsasında inşa edilib. Bildirildi ki, parkın ətrafında olan binaların tarixi memarlıq üslubu saxlanılmaqla fasadları təmir ediləcəkdir.
Görülən işlərlə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



