"Azərbaycan Cənubi Qafqazda sülhün və iqtisadi inkişafın qarantıdır" - MƏQALƏ
Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilib. Bu müzakirə regionun lider dövləti olan Azərbaycanın bölgədəki nüfuzunu bir daha dünyaya bəyan etməklə yanaşı gələcək inkişaf istiqmətlərinə də işıq tudu. Tədbir iştirakçılarının vurğuladığı məsələlər, regionun gələcək inkişaf imkanlarını gözlər önünə gətirdi. Xüsusi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı zamanı dediyi fikirlər və verdiyi mesajlar haqqında düşünərkən bir daha əmin oluruq ki, regionda sülhün bərqərar olması, regionun iqtisadi inkişafı qüdrətli Azərbaycanımızdan və onun əvəzolunmaz Lideri Prezidenti İlham Əliyevin uğurlu siyasətinə bağlıdır. Biz də, eləcə də beynəlxalq aləm də çox gözəl bilir ki, Cənubi Qafqaz regionunda baş vermiş dəyişikliklər, yeni vəziyyət yeni yanaşmaları tələb edir və bu yeni yanaşmaların, yeni tələblərin doğurduğu layihələri cənab Prezident uğurla həyata keçirməkdədir. İlham Əliyev cənablarının çıxışı zamanı söylədiyi kimi, regionda son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur. Heç şübhəsiz yeni yaradılacaq mühit region ölkələrinin inkişafına xidmət edəcəkdir. Cənab Prezidentin xususi ilə vurğuladığı; -“30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya mühiti yaradılmalıdır” - fikri ermənilərə və ermənilərin beynəlxalq aləmdəki havadarlarına da nə etməli olduqlarını, doğru yolun nə olduğunu çatdırdı.
Bu qədər qan tökmüş, 30 il Cənubi Qafqazda terrorçuluq fəaliyyəti göstərmiş, bölgənin inkişafına hərtərəfli maneə yaratmış ermənilər də anlamalıdırlar ki, regionda söz sahibi, sülhün və inkişafın qarantı Azərbaycandır. Rəsmi İrəvanın işğalçı siyasəti Ermənistanı tənəzzülə apardı. Bu gün iqtisadi, siyasi və digər sahələrdə Ermənistan çöküb. Erməni xalqı gec də olsa dəmir yumruğun təhsiri ilə özlərini saldıqları vəziyyəti artıq anlayırlar. Etdikləri səhvlərin, tutduqları işğalçılıq yolunun nəticəsini bu gün hər bir erməni öz evində hiss edir. Cənab Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzindəki çıxışı zamanı bildirdi ki, Ermənistan siyasi cəhətdən, iqtisadi cəhətdən, hərbi cəhətdən tamamilə asılı ölkədir və səbəb işğaldır. Əgər işğal olmasaydı, Ermənistanın müstəqil və ya yarımmüstəqil xarici siyasət qurmaq üçün daha çox təsir vasitələri və daha çox imkanları olardı.
Cənab Prezident “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin aktuallığını itirdiyini də bildirərək qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, Azərbaycan tərəfindən, sonra isə ötən ilin 10 noyabr tarixli birgə Bəyanat ilə artıq həll olunub. Bundan sonrakı hədəf İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri intensiv şəkildə aparılmasıdır ki, bunu da cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan dövləti həyata keçiriri. Azərbaycan nəyinki erməni vanndalları tərəfindən dağıdılmış tarixi yurd yerlərimizi bərpa edir, yeni quruculuq layihələri həyata keçirir eyni zamanda beynəlxalq daşınma dəhlizlərinin açılması istiqamətində də ciddi addımlar atır. Bu da nəyin ki, cənubi Qafqaz regionu ölkələrinin inkişafına eynizamanda beynəlxalq komunikasyaların yaradılmasına mühüm töhfə verəcəkdir.
44 günlük vətən müharibəsində öz gücünü göstərən, 30 illik işğala son qoyan qüdrətli Azərbaycanımız əminik ki, Cənab Prezidentin başçılığı altında qısa zamanda azad edilmiş ərazilərimizi inkişaf etdirəcəkdir. Cənab Prezidentin çıxışlarından, səfərlərindən bilirik ki, Azad olunmuş ərazilərdə infrastruktur layihələri sürətlə reallaşır.
Cənab Prezident ilin sonunadək azad olunmuş ərazilər 100 faiz elektrik enerjisi ilə təmin ediləcəyinin müjdəsini də tədbir zamanı bizə verdi. Erməni işğalından azad edilmiş ərazilərin Cənab Ali Baş Komandan tərəfindən “yaşıl enerji” zonası elan edilməsinin özü belə Cənubi Qafqazın ekoloji mühitinə veriləcək bir töhvədir. Artıq bizim işğalçı qonşularımız və havadarları anlamalıdır ki, biz regionda sülhün, iqtisadi inkişafın, beynəlxalq əlaqələrin və komunikasyaların tərəfdarı olmaqla yanaşı ekoloji mühitində yaxşılaşdırlmasının nəyinki tərəfdarı, bu istiqamətli iri həcimli layihələrin icraçısıyıq.
Elnur Bayramov
216 nömrəli məktəbin direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB