Pandemiya dövründə piylənmə səbəbləri - ARAŞDIRMA

Pandemiya dövründə piylənmə səbəbləri - ARAŞDIRMA

Koronavirus pandemiyası yemək vərdişlərini və yuxu rejimini də dəyişdirdi. Tədqiqatlar qəlyanaltıların yeyilmə zamanı müddətinin 45% artdığını, evdə tez-tez bişirmə nisbətinin 33 %-dən 80% artdığını ortaya çıxarıb. Eyni zamanda insanların kökəlməsi yuxu rejminin pozulmasına da səbəb olub. Yemək vərdişlərindəki dəyişiklik kökəlməni daha da artırıb. Qida üzrə mütəxəssis Uğur Ekici qeyd edib ki, piylənmə, koronavirus xəstələrinin daha da ağırlaşmasının xəstəxanaya yerləşdirməsi riskini artırır. Qida əlavələrinin istifadəsi 50%-dən 90%-ə yüksəlib. Eyni zamanda pandemiyaya görə yuxu rejimi 75% insanda pozulub. İdmanla məşğul olanların nisbəti 50%-dən 90%-ə yüksəlib. Piylənmə ağır infeksiyalar və ağır komplikasiyalar üçün risk faktorudur.

Kök insanlarda koronavirus tutma ehtimalı daha yüksəkdir. Bu xəstələrdə ağciyər infeksiyası və intubasiya tezliyi daha yüksəkdir. Kilo artdı, koronavirus riski artdı.

Təxminən 2 ildir yaşanan koronavirus pandemiyası dönəmində kilo artımında əhəmiyyətli bir artım olub. Amerikada çox sayda ölüm səbəbinin əslində insanların köklüklə əlaqəli olduğu düşünülür. Amerikadakı əhalinin təxminən 35%-i kök sayılır.

Araşdırma ilə bağlı tanınmış dietoloq Leyla Zülfüqarlı qeyd edib ki, koronavirus pandemiyası dönəmində insanlar oturaq şəraitdən daha çox olduğu üçün kökəlir: “Metobalizmanın zəifləməsi immun sisteminin aşağı düşməsinə səbəb olur. Kök olan insanlar koronavirusu daha ağır keçirdirlər. Hər zaman qeyd etdiyim kimi biz sağlam qidalanmalıyıq. Sağlam qidalamaaq, arıqlamaq üçün nəinki addımlar atırıq, həm də qidalanmanın müdafiəedici funksiyası bizi virus iltahab xəstəliklərinə qarşı qorumuş olur.

Biz sağlam qidalandıqca bu viruslara qarşı, həmçinin Covid-19 qarşı müqavimətli oluruq. Ev şəratində oturaq həyat tərzi keçirənlərə aktiv həyata keçməsini məsləhət görürük. Eyni zamanda qidalanmaya da fikir verməliyik. Karbonhidratlar, şəkər, qazlı içkilər, belə qidalanmaq düzgün deyil. Mətbəxdə daha çox kartof istifadə olunur ki, bu da yalnışdır. Düyü, makaron və digər un tərkibli yeməkləri azaltmaq lazımdır.Araşdırmalar nəticəsində bizə məlum olur ki, yeməkdən, içməkdən daha çox kökəlmə olur. Çayı şəkərli içmək düzgün deyil.

Balansı bərpa etmək üçün gün ərzində çoxlu su içmək lazımdır. Meyvə və tərəvəzlər günün birinci yarısı yeyilsin. Ağartı məhsullarından daha çox istifadə edilməsi D vtamininin qəbul edilməsi baxımından çox yaxşıdır. Balıq məhsulları, toxumlar, kələm, bibər, pomidor çoxlu istehlak edilsin. Vitamin C və D sink minerallı tərkibli qidaları mütləq qəbul edin. Bu vitaminlərlə immun sistemimizi gücləndirərək koronavirusa qarşı mübarizə aparmış oluruq.

Qeyd edim ki, qidalardan bizə lazım olan maddələri almalıyıq. Biz əlavə kalori, şəkər almadığımıza görə kilolarımızı da normal şəkildə qoruya bilirik. Kilo baxımından problemimiz çoxalıbsa, bu zaman təbii ki həkim dietoloqa müraciət etməsi lazımdır. Həkim isə düzgün müalicə üsulunu seçir. Hər bir insanın kökəlmə səbəbləri fəqlidir. Hərəkətsizlikdən, diabetik hallardan və hormonal pozuntulardan kökəlmə baş verə bilər. Bu halda şəxsin özünə uyğun dietalar təyin edilir. Dietə əməl etdikdə doğru arıqlama baş verir. Doğru arıqlama isə kiloların yenidən qayıtmaması deməkdir. Yağ toxumalarında parçalanma baş verməlidir”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə