Dopamin orucu nədir? - ANALİZ

Xarici mənbələrə görə, San-Fransisko şəhərindəki ən yüksək sinifin nümayəndələrinin çoxu dopamin oruc tutmağa başlayıblar. Son vaxtlar diqqət çəkən dopamin orucu, beynin öyrənmə və yeniliyə verdiyi reaksiyaları idarə edir. Beləliklə bizi informasiya yükündən xilas edir.

Dopamin orucu necə saxlanılır?

Dr. Kameron Sepah, ofis həyatında texnologiya və qidadan asılı olduğunu söyləyir. Lakin, tutulan dopomin oruclarından sonra Sepah, texnologiyadan qaçmağın mümkün olmadığını, ancaq müəyyən aralıqla uğur əldə edilə biləcəyini söyləyir. Sepaha görə, dopamin orucu üçün bir kitab oxumaq, sosial mediada vaxt keçirməkdən daha faydalı olardı. Dopamini oruc tutmaq üçün kompüterlər müəyyən bir müddətə söndürülməlidir, bu müddətdə tətil və ya fərqli üsullar sınanmalıdır.

Dopamin Oruc insana davranış normativlərini bərpa etmək üçün asılılıq yaradan bütün şeyləri xüsusi zaman aralığına məhdudlaşdıraraq, oruc tutaraq asılılıqlarımızı tənzimləyən əsaslı bir üsuldur. Təəssüf ki, kütləvi informasiya vasitələrində düzgün göstərilmədiyi üçün ictimaiyyət arasında bir çox anlaşılmazlıq var, buna görə ilk növbədə onun nələri əhatə edib-etmədiyini nəzərinizə çatdıraq.

1. Məqsəd dopamin miqdarının azaldılması yox, impulsiv davranışları azaltmaqdır.

2. Hər cür stimuldan qaçınmaq yox, sizin üçün qəliz olan bəzi davranışlardan yayınmaqdır.

3. Danışmamaq, ictimailəşdirmək, idman etməmək yox sağlam davranışları təşviq etməkdir.

4. Meditasiya, zahidlik, işdən qaçmaq barədə bəhs etmir.

5. Sadəcə tətil yox belə ki, insanlar tətildə daha da pis vərdişlərə sahib ola bilir.

6. Bu bir moda və ya trend olmalı deyil.

Əvvəlcə impulsiv davranışın problemə və ya asılılığa necə çevrildiyini başa düşək. Əgər psixologiyadan qaynaqlanaraq adət halını almaq prosesini anlayırsınızsa, bunun dopaminlə əlaqəli bir proses olduğunu xatırlaya bilərsiniz. Beləliklə, yanlış anlamayaq. Biz dopaminin özünə qarşı yox, dopaminlə bağlandığımız zərərli və impulsiv davranışlara qarşı oruc tuturuq.

Oruc Proqramı

Əgər oruc proqramını izləyəcəksinizsə, bu qaydaları gün ərzində davam etdirmək məqsədəuyğundur. Bu tezliyini azaltmaq, davam etməkdən yayınmaq, rast gəlinən haldır.

Bu proqram oruc tutmaq üçün daha müəyyən zamanaları əhatə etmir, çünki istirahət (gecə / həftə sonu / tətil) ilə əlaqəli vaxtlarda etmək əlverişsizdir:

Unutmayın ki, bunlar ciddi qaydalar deyil, sadəcə tövsiyələrdir. Gündə dörd saat əvəzinə bir saatlıq bir dopamin orucuna başlamağınız daha asan olacaqsa, bunu edin və sonra istədiyiniz istiqamətdə artaraq uzun müddət orucda qalın (məsələn, gündə 2 saat). Mükəmməl yaxşılığın düşmənidir. Beləliklə, bu mövzuda Nike şüarını xatırlayaq: "Just do it”

Gündə 12-15 saatdan çox iş və istirahət üçün vaxt ayırmağınız lazımdırsa, düşünürəm ki, vaxtınızı və enerjinizi idarə etməkdə o qədər də yaxşı deyilsiniz. 80/20 qaydasını necə tətbiq edəcəyinizi öyrənin və nələrin aradan qaldırılacağını başa düşmək üçün hərəkətlərinizin 20% -nin əldə etdiyiniz nailiyyətlərin 80% -ni gətirdiyini anlayın.

Özünüzü məhdud vaxtlardan istifadə etməyə məcbur etmək, daha az tənbəl olmağınıza və vaxtınızı və enerjinizi daha yaxşı idarə etməyinizə imkan verəcəkdir, çünki bu aralıqda , çalışqan olmalısınız.

Bunun əvəzinə nə etməliyəm?

Dopamin orucu zamanı "heç bir şey etməməyə" və ya meditasiyaya ehtiyacınız yoxdur. Sizi rahat hiss etdirən nələrsə edin.

1.Sağlamlıq (idman, yemək)

2.Liderdik bacarıqları (başqalarına kömək etmək / xidmət etmək)

3.Münasibət və kommunikasiya (danışma, yaxınlıq fəaliyyəti)

4.Tədris (mütaliə, dinləmə)

5.Yaradıcı (yazı, sənət)

Zərdüşt Quluzadə

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə