Övlad böyüdərkən ata da ana qədər məsuliyyət daşımalıdır. Dünyada uşaq böyütmə borcunun anaya aid olduğu barədə yanlış bir fikir var. Halbuki, atanın da övlad üzərindəki məsuliyyəti ana ilə bərabərdir. Ana övlad üçün bütün məsuliyyəti öz üzərinə götürür.
Ata olmaq, ananın hamilə qaldığı zaman başlayan və ömrünün sonuna qədər davam edən bir yoldur. Bu səyahətdə atanın anaya müşayiəti və ixtisaslı ata-övlad münasibətinin inkişafı, uşağın sosial, emosional, fiziki, idrak, dil və cinsi inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Atalarından diqqət və sevgi alan uşaqlar daha müvəffəq, özünə yetərli, empatik və ətrafları ilə yaxşı ünsiyyət qura bilən insanlardır. Bu uşaqlarda sosial-emosional problemlərə daha az rast gəlinir.
Valideynlər üçün təkliflər
Ata-övlad münasibətini inkişaf etdirmək üçün hisslərinizi həyat yoldaşınızla bölüşün: Unutmayın ki, körpəniz yalnız anaya deyil, ataya da ehtiyac duyur. Hamiləlik dövründə həyat yoldaşınıza dəstək olun, dünyaya göz açmamış olsalar da, həm həyat yoldaşınızla, həm də körpənizlə valideyn olmağınızla əlaqədar hisslərinizi bölüşün.
Dəstək alın: Ata olmaq üçün narahatlıq keçirir və öz atanızla yaşadığınız mənfi təcrübələrin övladınızla münasibətlərinizi əks etdirəcəyini düşünürsünüzsə, peşəkar dəstəyə müraciət edin.
Körpənizlə əlaqə qurun: Körpəniz dünyaya gəldiyi andan etibarən qucağınızda fiziki təmas saxlayın. Fiziki təmasın ata ilə körpə əlaqəsi üçün çox vacib olduğunu unutmayın.
Həyat yoldaşınızla vəzifələrinizi bölüşün: Uşağınızın inkişafı və təhsili ilə bağlı bütün məsuliyyətləri həyat yoldaşınızla paylaşın. Bu həm həyat yoldaşınızla, həm də övladınızla münasibətlərinizi müsbət təsir edəcək. Məsuliyyəti az olan ana xoşbəxt bir ana deməkdir. Xoşbəxt ana isə xoşbəxt uşaqlar deməkdir.
Birlikdə vaxt keçirin: Övladınızla söhbət edin, vaxt ayırın, ona hisslərini bölüşmək, dinləmək və qayğı göstərmək imkanı verin. Birlikdə kitab oxuyun, oyunlar oynayın, teatra və kinoya gedin, yemək hazırlayın və ən əsası övladınıza bunları etməkdən zövq aldığınızı hiss etdirin. Hərəkətlərinizlə sevginizi göstərin: Tez-tez uşağınıza onu çox sevdiyinizi söyləyin, qucaqlayın, öpün.
Düzgün nümunə olun: Qızınız və ya oğlunuzla qurduğunuz münasibətlərin gələcəkdə qarşı cinslə münasibətlərinin keyfiyyətinə təsir göstərəcəyini unutmayın və davranışınızla övladınıza doğru nümunə olun.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB