YAP Suraxanı rayon təşkilatı şəhidin 5 yaşlı oğlunu təbrik edib - FOTOLAR
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakini olub, Vətən Müharibəsi şəhidi kapitan İsmayılov Elçin Mübariz oğlunun ailəsini ziyarət ediblər. SİA xəbər verir ki, Vüqar Seyidov təşkilat adından şəhidin 5 yaşı tamam olan oğlu Mübarizidoğum günü münasibətilə təbrik etmiş, ona hədiyyələr təqdim edib.
Ailənin qayğıları ilə maraqlanan təşkilatın sədri söhbət zamanı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulayıb, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyib. Şəhid Elçin İsmayılovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB