Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il mayın 21-də qida məhsulları sahəsində fəaliyyət göstərən 27 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb. SİA AQTA-ya istinadən məlumat verir ki, qeyd edilən tarixdə 3 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyekt:

S/S

Subyektin adı

Fəaliyyət istiqaməti

İmtina səbəbi

1

RAMİN İSMAYILOV RAFİQ OĞLU

İlkin istehsal

Sahibkar hal-hazırda fəaliyyət göstərmir.

2

ƏLƏDDİN RÜSTƏMOV MİSİRƏLİ OĞLU

Pərakəndə satış

Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir.

3

ƏLİ BAYRAMOV ƏSƏD OĞLU

İctimai iaşə

Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə