Mentalitet sözünü xalq olaraq SSRİ-nin dağılma ərəfəsində eşitməyə başladıq. Bu dönəmdə xalqımız öz azadlığını qazanır, uzun müddət sonra yeni qərarlar verirdi. Bu qərarlardan biri də “Biz necə yaşayacağıq?” sualı ətrafında qurulmuşdu. Beləliklə əksəriyyətin də təsdiqlədiyi bu qərara görə, biz rus-sayağı həyat tərzindən daha da uzaqlaşdıq, düşüncə kriteriyalarımız daha türkçü və islami oldu.
Mentalitet xalqın etnogenetik, etnopsixoloji xüsusiyyətlərindən asılıdır. İnsanlar bu xüsusiyyətlərlə öz tarixi dönəmlərindən keçir və çox ləng olmaqla mentalitetləri üzərində kiçik dəyişikliklər edir. Bir sözlə mentalitet bir xalqı digərlərindən ayırd edən nə varsa, onları təşkil edir. Məsələn, bizim xalqın ümumi düşüncə tərzi, milli-etnik duyğuları, siyasi baxışı, azadlıq anlayışı onun keçdiyi yollardan, ona olan təsirlərdən ibarətdir. Daha sadə şəkildə qonaqpərvərliyi, musiqi zövqü, geyim üslubu, adət-ənənələri və bir azərbaycanlını xatırladan nə varsa mentalitetdən irəli gəlir.
Çoxları ümumilikdə mentaliteti məhv etməyə can atır. Bu insanlar elə bilir ki, mentalitet onların yataq münasibətlərini sərhədləmək üçün var. Beləliklə onlar çığır bağır salıb nələrsə əldə edəcəklərini sanırlar. Amma anlamırlar ki, mentalitetin məhvi, bir başa bizi xalq olaraq yox edəcək. Çünki bizi biz edən nə varsa, hamısı mentalitetin içərisindədir.
Onu yox etməyə çalışmaqdansa, onu dəyişdirmək daha məqsədəuyğun görünür. Bu dəyişikliklər isə onu daha doğma və özümüzünkü edə bilər. Məsələn dezinfeksiya məqsədli spirtin istifadəsini haram bilən islami xurafatı mentalitetimizin içindən sıxışdırıb çıxarmaq lazımdır. Necə ki, həmin xurafat eyni zamanda gender bərabərsizliyi də yaradır. Baxmayaraq ki, türkçülükdə belə bir ədalətsizlik yoxdur. Yəni türkün xanımı onunla bərabər at üstündə ox atıb. İslami xurafat isə həmin qadınların əlindən yayını alıb, atdan yerə endirdi. Daha sonra isə onların başını bağlayıb evə dustaq etdi. İslam gözəl dindir amma müsəlmançılıq hayif ki, əlimizdən bir çox şeylə birgə qadın haqlarını da alıb.
Yeri gəlmişkən sizə "xanım " sözünün mənşəyini də izah edim. Bəlkə onda türk cəmiyyətində xanımın yerini daha dəqiq izah edərəm. Qurultaylardan birində Çingiz Xan "Mən Xanlar Xanı Çingiz Xanam" deyir və öz həyat yoldaşını göstərərək "Bu da mənim Xanım" dedikdən sonra xanım sözü yayılmağa başlayır.
Deməli qadın haqlarını bərpa etmək üçün qərbin feminizminə yox öz soy kökümüzə ehtiyacımız var. Türk və türkçü olan hər kəs öz xanımını əzməz və əzdirməz. Bu torpaqların qadını Massaget Tomris, Möminə Xatun, diplomat Sara Xatun olub .
Hətta sizə e.ə 66-65 ci illərdə albanların romalılar ilə döyüşlərində Alban qadınlarının döyüş məharəti haqda da danışa bilərəm. Romalı tarixçilərin qeydlərinə görə, oxçuların əksər hissəsi qadın idi. Onlar dəstələr şəklində döyüşürdülər. Çox cəld və dəqiq atışlar edirdilər. Əsir düşən oxçu qadınlar isə özlərini öldürürdülər. Yeri gəlmişkən e.ə 66-cı ildə albanlar işğalçı Romalıları qova bilmişdir.
Bir insanın cinsiyyəti ,irqi , dini onu düşmən etmir. Xüsusi ilə də mentalitet buna icazə vermir. Mentalitet tamamilə sivil mübarizə tərəfdarıdır. Danışarkən insanın geyiminə yox sözlərinə baxaq. İrq də digər xüsusiyyətlər kimi bir geyimdir. Bu cür davranmaq bizim multikultural mentalitetimizə daha münasib olardı.
İnsan öz millətini sevə bilər. Amma bu ona digər xalqları diskriminasiya etməyə icazə vermir. Məsələn, türklər tarix boyu ədaləti bərpa edib, ayrı-seçkilik, irqçilik etməyib, həmişə ədalətli olanın yanında olublar. Bir sözlə çox-mədəniyyətlilik türkçülüyün tərkib hissəsidir. Bu mənim öz xalqımı sevməyə imkan verir. Eyni ilə İslam da əgər digər dinlərdən olan insanlara tolerans göstərirsə o da eyni zamanda mükəmməldir. Bu iki mükəmməlliyə sahib olmaq bizi xurafatdan, irqçilikdən və ən əsası da qlobalizasiyanın gətirdiyi degenerasiyadan uzaq tutmalıdır. Bu gün isə çox təəssüf ki, biz tamamilə əks hallarla qarşılaşa bilirik. Bu da gəncliyi degenerasiya etməyə sürükləyir.
Cinslərə gəldikdə isə onlar siyasiləşməli deyil. Məsələn neo-feminizm, gay faşizmi faciəvidir. Təkrar edək ki, insanların geyimləri nə də onun altındakılar önəmli deyil. Onların düşüncələri önəmlidir. Həmişəki kimi insanların mükəmməl olduğuna inanmaqdayam. Ümid edirəm ki, onlar öz mükkəməlliyinə layiq olub Tanrının yaratdıqlarına düşmən kəsilməzlər. Tanrı Həqdir və haqqın pozulduğu yerlərə Tanrı baxmır. Ümid edirəm ki, Tanrının nəzərindən uzaq qalmazsınız.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB