Salyanda şəhid ailələri və Qarabağ əlilləri üçün yeni bina istifadəyə verilib - FOTO
Salyanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və Qarabağ əlilləri üçün inşa edilmiş 4 mərtəbəli 16 mənzilli binanın açılış mərasimi keçirilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi Fizuli Ələkbərov və Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov iştirak ediblər. Onlar sakinləri yeni mənzil almaları münasaibətilə təbrik edərək, bundan sonrada da yeni binaların tikilərək aztəminatlı ailələrə veriləcəyini bildiriblər.
Ölkə başçısı İlham Əliyevin bu sahəyə diqqət göstərməsini minnətdarlıqla bildirən sakinlər razılıqlarını dilə gətiriblər.
Bina daimi su və istilik sistemi ilə təchiz olunub.Yaşıllıqlarla əhatə olunmuş həyətdə uşaqlar üçün əyləncə meydançası yaradılıb.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB