“Son zamanlarda, heç bir ixtisası və bu sahə üzrə əsaslı biliyi, təcrübəsi olmadan təsadüfi şəxslərin sosioloq, psixoloq və siyasi ekspert kimi ortaya atılması, onların KİV-lərdə gündən-günə payız göbələyi kimi boy atması olduqca təhlükəli tendesiyadır. Biz KİV rəhbərlərinə müraciət edərək, yalançı “sosioloq”, “psixoloq” və “ekspertlərin” ölkə mediasına ayaq açmamaları üçün tədbirlər görməyə çağırırıq.”
Bu barədə “Jurnalistlər Sülh və İnkişaf Uğrunda” İctimai Birliyi açıqlama yayıb. Qurumun rəhbəri Mətləb Salahov KİV üçün açıqlamasında bildirib ki, elementar savadı və bu sahə üzrə məlumatı belə olmayan şəxslərin cəmiyyətə sosioloq, psixoloq və ekspert kimi təqdim edilməsi acınacaqlı haldır: “Bir sıra hallarda bu savadsız sürü, müəyyən pullar müqabilində öz adlarından yazılar yazdırıb, özlərini ölkə mediasında “sosioloq”, “psixoloq” və “ekspert” kimi təqdim edir, bununla da minlərlə insanın həyatı ilə oynayırlar. Elementar biliyi olmayan bu şəxslərin, yüzlərlə insana məsləhət verib yol göstərmələri olduqca acınacaqlı mənzərədir.”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB