Ağdam şəhərinin yenidən qurulması üçün işlərə başlanılıb - FOTOLAR

Ağdam şəhərinin yenidən qurulması üçün işlərə başlanılıb - FOTOLAR

İşğaldan azad edilmiş Ağdam şəhərinin yenidən qurulması üçün işlərə başlanılıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, ilkin olaraq işğal dövründə ermənilər tərəfindən dağıdılmış tikililərin söküntüsü həyata keçirilir. Söküntü işlərinə xeyli sayda texnika cəlb edilib.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışı yaxınlaşdıran Bərdə-Ağdam avtomobil yolunun və Bərdə-Ağdam dəmir yolu xəttinin yenidən qurulması da davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə