Dəri baxımında önəmli rolu olan skrab dərini ölü dəri hüceyrələrindən təmizləyən, dərinin nahamarlıqlarını aradan qaldıran vasitədir. SİA xəbər verir ki, skrabdan sonra dəri adətən yumşaq, təmiz, nəmlənmiş olur. Dərimizdə olan və gündəlik kosmetikadan çirkli havadan dolan məsamələr təmizlənir və açılır. Skrabın adi üz yuma gelindən fərqləndirən – onun tərkibindəki sərt dənəciklərdir. Bu geli üzümüzə sərt olmayan dairəvi hərəkətlərlə tətbiq edirik – daha sonra dərimizi yüngül masaj edərək – ilıq su ilə üzümüzü yaxalayırıq. Həftədə 1-2 dəfədən çox olmamaq şərti ilə üzü skrabla yumaq lazımdır.
Dərisi həssas olan xanımlar, dənəcikləri xırda olan skrablardan istifadə etməyi məsləhətdir.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB