“Uşaqların Göy Qurşağı: HİV/AİDS maarifləndirməsi Paytaxtdan Regionlara”

“Uşaqların Göy Qurşağı: HİV/AİDS maarifləndirməsi Paytaxtdan Regionlara”

"NUR" Uşaq və Gənclərin İctimai Birliyi, MTV Staying Alive Fondu və Azərbaycan Gənclərinin AİDS-lə Mübarizə Koalisiyası tərəfindən həyata keçirilən "Uşaqların Göy Qurşağı: HİV/AİDS Maarifləndirməsi paytaxtdan regionlara" adlı Həmyaşıddan-həmyaşıda Təhsil layihəsi çərçivəsində may ayının 25-də Paytaxtdan Regionlara avtobus turu başlayıb.

SİA-ya verilən məlumata görə, Kampaniyanın birinci günü Bakı-Şamaxı-İsmayılı-Qəbələ-Oğuz-Şəki-Gəncə istiqamətində reallaşıb. Dünən avtobus turu çərçivəsində Şamaxı rayon 9 saylı orta məktəb, İsmayıllı rayon 3 saylı orta məktəb, Qəbələ rayonunda Qafqaz Resort hotelin konfrans zalı, Oğuz rayon 3 saylı orta məktəb və Şəki şəhər Axundov adına Mədəniyyət Mərkəzində gənclərin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib.

Avtobus turunun təşkilində başlıca məqsəd gənclərə sağlam həyat tərzini aşılamaq və HİV/AİDS barədə məlumatlılıq səviyyəsini artırmaqdır. Avtobus turunda 20 nəfər gənc 10 Azərbaycan regionuna səfər edərək öz həmyaşıdlarını sağlam həyat tərzi sürməyə çağırırlar. Avtobus turu Bakı-Şamaxı-İsmayılı-Qəbələ-Oğuz-Şəki-Gəncə-Yevlax-Ağdaş-Ucar-Kürdəmir-Bakı marşrutu ilə hərəkət edir və hər bir regionda 14-20 yaşlı gənclərlə görüş keçirilir.

Avtobus turu bu gündə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə