“Bildiyiniz kimi Azərbaycanda daxili buğda istehsalı olduğuna baxmayaraq daxili tələbatımızı ödəmək məqsədi ilə Rusiya və Qazaxıstandan da buğda idxal edirik. Bunun səbəbi isə daxili istehsalımız gücünə təlabatımızı tam ödəyə bilməməyimizdir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.
Ekspertin sözlərinə görə, daxili tələbatımızı niyə tam ödəyə bilmirik məsələsi, artıq başqa, uzun bir müzakirənin mövzusudur.
“Buğda idxalının həqiqtən də 2021-ci ilin ilk aylarında kəskin artdığı müşahidə olunur. Diqqət yetirsəniz, buğda idxalının ən pik vaxtları yanvar-mart aylarıdır. Bunun səbəbi kimi un istehsalçılarının əsas xammal məhsulu olan buğdanın əvvəlki dövlərdən artıq idxal etməsi ilə əlaqələndirirəm. Yəni, bildiyiniz kimi Rusiya hökumətinin qərarı ilə mart ayının 1-dən etibarən ixrac olunan buğdanın hər tonuna əlavə rüsum tətbiq etməsidir. Bu qərardan sonra Azərbaycan da daxil olmaqla Rusiyadan buğda tədarük səbəbi ilə bir çox ölkələrdən olan istehlakçılar təşvişə düşdülər və istehlakçılar mart ayının 1-nə qədər daha çox buğda, xüsusi ilə də, ərzaq buğdası stoklamağa cəhd etdilər. Digər səbəbi isə, yenə buğda idxal etdiyimiz digər ölkə, Qazaxıstanda buğda qiymətlərinin kəskin bahalaşmasıdır və yaxın aylarda yenidən bahalaşa bilmə ehtimalıdır. Çünki, Qazaxıstanın qonşu ölkəsi Özbəkistanın daxili tələbatını qarşılamaq üçün istehsal əvəzinə daha ucuz başa gələn idxal üsulunu seçməsidir. Bu da tələbatın hər kvartal üzrə artmasıdır. Bu da Qazaxıstanda buğda qiymətlərinin yenidən bahalşma ehitmalının mümkün olacağından xəbər verir. Bir sözlə, deyim ki, idxalın artması müəyyən sezonlarda müşahidə olunmasına baxmayaraq, bu dəfə un istehsalçılarının daha çox buğda stoklamaq cəhdi ilə bağlıdır.
Bahalaşma ilə əlaqədar onu deyə bilərəm ki, biz bu qiymət artımlarının baş vermə ehtimalını yüksək qiymətləndirirdik. Cari ilin əvvəllərində ölkədə xüsusi ilə dizel yanacağının qiymətlərinin artırılmasının un və un məhsullarının qiymətinə ciddi təsir etməməsi üçün Azərbaycan höküməti tərəfindən bir sıra addımlar atılmışdı. Un məhsulları istehsalçılarına subsidiyaların ayrılması, buğda idxalçılarının ƏDV-dən 1 illik azad olunması ilə bağlı bu kimi tədbirlərin həyata keçilməsi un məhsullarının kəskin artımının baş verməsinin nisbətən qarşısını aldı və nəticədə bu kateqoriyadan olan məhsullarda cüzi artım müşahidə olunmağa başladı. Bütün bunlara baxmayaraq düşünürəm ki, il sonuna qədər çörətin qiymətinin 80 qəpik olacağı ehtimalı çox böyükdür. Bu kateqoriyadan olan məhsullarda rəsmi devalvasiyadan ziyadə gizli devlavasiyanın da getdiyini istisna etmirəm. Azərbaycanda fermerin istehsal xərclərinin artması, Rusiya və Qazaxıstanda buğdanın daha əvvəl sadaladığımız səblərdən artması un və un məhsullarının qiymətinin artma ehtimalını artırır", deyə Asif İbrahimov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB