Türkiyə səhiyyə naziri Fahrettin Koca, Koronavirus Elmi Komitəsi toplantısından sonra təşkil edilən mətbuat konfransında açıqlama verib.SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Koca, 1 iyun tarixindən sonra normallaşmanın necə olacağı ilə bağlı iclasdakı sualları cavablandırıb: "Bu gündən etibarən, 10 mindən aşağı düşən yoluxma sayımız var. Bu düşmə tam bağlanma rejimi ilə bərabər vacibdir. Bu gün yoluxma 63 mindən 9 min 385-ə enib. Buna görə növbəti dövrdə bu nailiyyətimizi itirməməliyik. Bu səbəbdən qadağaları azaldan, sonrakı dövrdə fərdi qoruyucu tədbirləri gücləndirən geniş vaksinasiya edərək bu dövrü normallaşdırmaq istəyirik. Buna görə də Elmi Komitənin bu çərçivədəki təklifi gələn həftədən etibarən formalaşacaqdır. Ancaq ümumi məntiq budur ki, daha çox qapanmaq əvəzinə peyvəndi, şəxsi nəzarəti davam etdirək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB